Xarici qulaq () — qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir; bunlar bir qıf kimi səs dalğalarını tutub orta qulağa keçirir. Qulaq seyvanının insanda heyvanlara nisbətən o qədər də əhəmiyyəti yoxdur; onu əzələləri rudiment halda olduğu üçün hərəkt qabiliyyətinə malik deyildir.

Qulaq seyvanı Qulaq seyvanı - dəri ilə örtülmüş elastiki qığırdaqdan təşkil olmuşdur və əhali arasında qulaq adı ilə məlumdur. Qulağa deyilir: odur ki, qulağın iltihabı omum- otitis Dəri qəşərdaqla sıx bitişmişdir; burada dərialtı qat yoxdur. Qığırdağın arxa və yuxarı kənarı qıvrım olduğu üçün qulaq seyvanı qıvrımı - adlanır; bunun ön yuxarı ucuna qıvrım ayaqcığı - və dal aşağı sivri ucuna qıvrım quyruğu - deyilir. Qıvrımın önündə ona paralel olaraq qulaq seyvanının qarşı qıvrımı - gedir. Qarşı qıvrım yuxarıda iki ayaqcığa - bölünür; bunların arasında üçbucaq çuxur - qalır. Qıvrım qarşı qıvrımdan qayıq - deyilən şırım vasitəsilə ayrılır. Qarşı qıvrım dal tərəfdən qulaq seyvanı çuxurluğunu əhatə edir; bu çuxurluq qıvrım ayaqcığı vasitəsilə yuxarı kiçik hissəyə - balıq qulağı qayığına - və aşağı böyük hissəyə - qulaq seyvanı boşluğuna - bılünür. cavum conchae ınündə olan hündürlüyə traqus - və qarşı qıvrımın aşağısında olan hündürlüyə antitraqus - deyilir. Bunlar bir-birindən vasitəsilə ayrılmışdir. Qulaq seyvanının aşağı ucunda qulaq paycığı ya sırğalığı - adlanan yumuşaq dəri büküşü vardır. Qulaq seyvanının forması Qulaq seyvanının forması, ölçüsü və vəziyyəti fərdi xüsusiyyətə malikdir. Qulaq seyvanı üç bağ - vasitəsilə gicgah sümüyünə bağlanmışdır. Qulaq seyvanı əzələləri Qulaq seyvanı əzələləri iki qrupa bölünür: böyük və kiçik əzələlər. Böyük əzələlər (qulaq dəliyini genəldən əzələlər) mimiki əzələlərə aid olub, rudiment halındadır. Kiçik əzələlər (qulaq dəliyini daraldan əzələlərin qalıqları) zəif əzələ dəstələrindən olub qulaq seyvanı üzərində yerləşir, onlar bir o qədər də əhəmiyyətə malik deyildir. Bura aiddir. Xarici qulaq keçəcəyi Xarici qulaq keçəcəyi – iki hissəyə bölünür: xarici qığırdaq hissə – və daxili sümük hissə - . Qığırdaq hissə çalov şəklində olub, qulaq seyvanının ardını təşkil edir; daxili ucu birləşdirici toxuma vasitəsilə gicgah sümüyünün təbil hissəsinə rəbt olunmuşdur. Xarici qulaq keçəcəyinin sümük hissəsi xarici qulaq keçəcəyinin 3/2-ni təşkil edir. xarici qulaq keçəcəyi horiyontal və şaquli istiqamətdə "S"-ə bənzər əyrilik təşkil edir; başlanğıcında əyriliyin basıq tərəfi dala, sonra önə və qurtaracağında aşağıya baxır; odur ki dəridə qulağı müayinə edərkən xarici qulaq keçəcəyinin qığırdaq hissəsini düzləndirmək məqsədilə, qulaq seyvanını dala və yuxarıya dartmaq lazımdır. Xarici qulaq keçəcəyinin uzunluğu orta hesabla 25 mm və diametri 0,6–0,9 mm-ə bərabərdir; daxildən dəri ilə örtülüdür. Qığırdaq hissədə dəri qalındır; burada piy vəzilərindən başqa qulaq kiri – ifrazedici vəzilər – vardır. Duradaca qulaq tükləri – inkişaf edir. Xarici qulaq keçəcəyinin sümük hissəsində dəri nazikdir və sümüküstlüyü ilə bitişməmişdir; dərinin yalnız epidermis qatı qulaq pərdəsi üzərinə keçir.

Kateqoriya:Xarici qulaq Kateqoriya:Duyma orqanları Kateqoriya:Akustika Kateqoriya:Eşitmə sistemi Kateqoriya:Otologiya