Judas Priest — 1969-cu ildə İngiltərədə yaranan heavy metal qrupudur.

Qrupun tarixi 1969-ci ildə KK Downing və Ian Hill tərəfindən qurulan "Metal Gods" (Metal Allahı) ləqəbli İngilis Heavy Metal qrupu. Qrupa gitarist Glenn Tipton'ın sonradan iştirakı ilə birlikdə tarixdə bir dönüş nöqtəsi yaşanmış və cüt gitaralı ilk Heavy Metal qrupu qurulmuş oldu. "New Wave of British Heavy Metal"-ın təməlini atan Judas Priestin ilk vokalisti Al Atkins'dir, lakin qrup, rəsmi albom qeydlərinə Rob Halford (The Metal God) ilə başlamışdır. Qrupun Al Atkins ilə hər hansı bir albomu yoxdur. Qrupa "Metal Gods" ləqəbini qazandıran hadisə isə 1980-ci illərdə çıxan "British Steel" albomundakı "Metal Gods" mahnısı idi. 1974–1992-ci illər arasında qrupun vokalisti olaraq vəzifə yerinə yetirən Rob Halford, "Painkiller" albomu sonrası artıq fərqli şeylər etmək istədiyini açıqlayıb qrupdan ayrılmışdır. Rob Halford, qrupdan ayrıldıqdan sonra solo qrupu olan Fight'ı quraraq daha fərqli bir musiqi hazırlamışdır. Judas Priest'in bütün albomları "Qızıl Val" mükafatı almışdır. Musiqili olaraq bir çox qrupa liderlik edən Judas Priest, Heavy Metalın ən böyük qrupu olaraq bir çox musiqi növlərini də kəşf etmişdir. Power metal və Speed Metal tərzləri ilk dəfə Judas Priest albomlarında ("Ram It Down", "Screaming For Vengeance") həyat tapmışdır.

1970-ci illərin doom, qaranlıq, Black Sabbath tərzindən tamamilə ayrı olaraq özünə xas bir dəst-xət ilə musiqi dünyasına girən Judas Priest ilk albomundan hazırladığı son alboma qədər Heavy Metal icra etmiş və NWOBHM'in təməl daşlarını yerinə oturtmuşdur. Bununla əlaqədar bir reportajında KK Downing belə deyir: "Sabbath is heavy but Priest is metal"

1980-ci ildə konsertlərdə Iron Maiden, Judas Priest'in açılış qrupu olaraq səhnəyə çıxmışdır. Beləliklə Iron Maiden əfsanəsi də dünya tərəfindən məşhur bir qrup halına gəlməyə başlamışdır.

4 oktava səsə sahib Rob Halford və cüt lead gitaralar ilə Heavy Metalın ən böyük qrupunun ən çox səs gətirən albomu "Painkiller"-dir. Bu albom ilə birlikdə artıq boşluq yaradan Judas Priest bir geriləmə dövrünə də başlamışdır. Rob Halfordun ayrılmasıyla birlikdə qrup bir müddət fəaliyyətini dayandırmış, "Jugulator" (1997) albomuna qədər bir qeyd hazırlamamışdır.

Pianinoda ifa edən Scott Travis'in bir axşam barda izlədiyi Tim Owens'i kəşf etməsi ilə ikinci Priest dövrü başlamış oldu. Tim, bir Judas Priest Tribute qrupunun vokalisti idi. 1993-cü ildən etibarən isə artıq Judas Priest'in vokalisti oldu. Xəyalı gerçək olmuş, tribute etdiyi qrupun vokalına keçmişdir. Yüksək aralıq qışqırıqları və vokal tərzi ilə Rob Halford'u nümunə götürən Tim, qısa müddətdə fanlar tərəfindən bəyənildi.

Rob Halfordun olmadığı müddətdə, Judas Priest'i ayaqda tutan Tim Owens idi. Fanlar artıq onu Tim 'Ripper' Owens olaraq tanıyırdı. Judas Priest'in ən məşhur mahnılarından olan "Ripper" mahnısını ona ithaf etmişdilər.

Tim Owens ilə birlikdə 2 studiya 2 live alboma imza atan Judas Priest, 2003-cü ildə Rob Halford ilə bir re-union həyata keçirir və qrup köhnə əfsanə heyətini təkrar meydana gətirir. Rob Halfordun qrupa dönməsi ilə əlaqədar heç bir problem çıxarmayan Tim Owens, səssiz sədasız Iced Earth ilə razılaşar və orada vokal olaraq çalışmağa başlayır.

Rob Halford ilə 2004-cü ildə başlayan Reunion konsertləri bütün dünyada böyük əks-səda oyandırır və ardından 2005-ci ildə "Angel Of Retribution" albomu ilə qrup karyerası boyu ən böyük uğurunu qazanır. Rob Halford, Judas Priest ilə birlikdə 15 ilin ardından ilk dəfə albom hazırlamışdı. Beləliklə Priest köhnə günlərinə təkrar qayıtmış oldu. Son studiya albomları isə "Nostradamus" oldu. "Nostradamus" adlı albom Priest tarixindəki ilk konsept iş və tam olaraq 1 saat yarımlıq bir qeyd oldu.

2010-cu il Judas Priest üçün daha çox "turne" ili oldu və qrup "British Steel" albomu şərəfinə təşkil etdiyi konsertlərin Floridadakı performansını DVD və Live albom olaraq satışa çıxardı. DVD və konsert albomu olaraq satışa çıxarılan boxset, 2010-cu ilin iyun ayında çıxdı. 2011-ci il 20 aprel tarixində K. K. Downing qrupdan ayrıldı və yerinə Richie Faulkner gəldi.

Diskoqrafiya

Studiya albomları 1974 — Rocka Rolla 1976 — Sad Wings of Destiny 1977 — Sin After Sin 1978 — Stained Class 1978 — Killing Machine / Hell Bent for Leather 1980 — British Steel 1981 — Point of Entry 1982 — Screaming for Vengeance 1984 — Defenders of the Faith 1986 — Turbo 1988 — Ram It Down 1990 — Painkiller 1997 — Jugulator 2001 — Demolition 2005 — Angel of Retribution 2008 — Nostradamus 2014 — Redeemer of Souls 2018 — Firepower 2024 — Invincible Shield

Live albomları 1979 — Unleashed in the East 1987 — Priest…Live! 1998 — '98 Live Meltdown 2003 — Live in London 2009 — A Touch of Evil: Live 2010 — British Steel — 30th Anniversary — Live

Yığma albomları 1993 — Metal Works '73–'93 1997 — The Best of Judas Priest: Living After Midnight 2004 — Metalogy 2006 — The Essential Judas Priest 2011 — Single Cuts 2011 — The Chosen Few

Sinqılları 1974 — "Rocka Rolla" 1976 — "The Ripper" 1977 — "Diamonds & Rust" 1978 — "Better by You, Better Than Me" 1978 — "Evening Star" 1979 — "Take on the World" 1979 — "Rock Forever" 1980 — "Living After Midnight" 1980 — "Breaking the Law" 1980 — "United" 1981 — "Don't Go" 1981 — "Heading Out to the Highway" 1981 — "Hot Rockin" 1982 — "You've Got Another Thing Comin" 1982 — "(Take These) Chains" 1982 — "Electric Eye" 1983 — "Freewheel Burning" 1984 — "Love Bites" 1984 — "Some Heads Are Gonna Roll" 1986 — "Turbo Lover" 1986 — "Locked In" 1986 — "Parental Guidance" 1988 — "Johnny B. Goode" 1988 — "Ram It Down" 1990 — "Painkiller" 1991 — "A Touch of Evil" 1992 — "Night Crawler" 1997 — "Burn in Hell" 2001 — "Machine Man" 2005 — "Revolution" 2008 — "War"

Kateqoriya:Britaniya musiqi qrupları Kateqoriya:1969-cu ildə yaranan musiqi qrupları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Epic Records artistləri Kateqoriya:1968-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Britaniya rok-qrupları Kateqoriya:Kvintetlər