Səgzabad, Səgizabad və ya Səkkizabad (yerli tat əhalinin dilində Sezjova)(digər adı Səngərabad) - İranın Qəzvin ostanının Buyinzəhra şəhristanının Mərkəzi bəxşində şəhər.

2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,953 nəfər və 1,324 ailədən ibarət idi.

Şəhərin əhalisi əsasən İran tatlarından (Azərbaycan Respublikasındakı tatlarla səhv salınmamalıdırlar) ibarətdir və əsasən tati dilində danışırlar; xalqın arasında türkcə və farsca da yayqındırlar.

İstinadlar

Kateqoriya:Qəzvin ostanının şəhərləri Kateqoriya:Buyinzəhra şəhristanının yaşayış məntəqələri