Ramiz Fəzail oğlu Əkbərov (Ramiz Əkbər) —yazıçı-dramaturq, həkim-cərrah, Respublikanın əməkdar həkimi (2008), tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, istefada olan tibb xidməti polkovniki.

Həyatı Ramiz Fəzail oğlu Əkbərov 11 sentyabr 1956-cı ildə Yardımlı rayonunda ziyalı ailəsində anadan olub. 1963–1973-cü illərdə Yardımlı rayon M. F. Axundov adına orta məktəbdə əla qiymətlərlə oxuyub. 1973-cü ildə yüksək qiymətlərlə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1979-cu ildə oranı Lenin adlı təqaüdlə bitirib. 1979–1980-ci illərdə M. Nağıyev adına Təcili Tibb Yardım Xəstəxanasında cərrahiyə üzrə ordinatura və internatura kursu keçib. Əmək fəaliyyətinə tələbəllik illərində akademik M. Cavadzadənin klinikasında orta tibbi personal – tibb qardaşı kimi başlamışdır. 1980–1983-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə Saatlı rayon Mərkəzi Xəstəxanasında cərrah-həkim kimi işləmiş, 1983–1985-ci illərdə Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya kafedrasında iki illik kliniki-ordinatura təhsilini almışdır. 1985-ci ildən 2017-ci ilə kimi Daxili İşlər Nazirliyinin Respublika Hospitalında fəaliyyət göstərmişdir. Mülki-uroloq; cərrahiyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini, hospitalın rəisi vəzifələrində çalışmışdır. İstefada olan polkovnikdir. Respublikanın əməkdar həkimi (2008), Səhiyyə əlaçısıdır (2013-cü il); tibb üzrə (2004) və fəlsəfə üzrə (2009) fəlsəfə doktoru elmi dərəcələri var.

İxtisasca ali dərəcəli uroloq və ali dərəcəli səhiyyə təşkilatçısıdır. Azərbaycan Uroloqlar və Androloqlar Cəmiyyətlərinin, eyni zamanda Avropa Uroloqlar Cəmiyyətinin üzvüdür. 1980-ci ildən cərrahiyə əməliyyatları aparır, minlərlə xəstəyə açıq cərrahiyə əməliyyatı (nefrektomiya, pielolitotomiya, ureterolitotomiya, adenomektomiya, yuxarı və aşağı sidik yollarında plastik əməliyyatlar, sidik kisəsinin rezeksiyası, varikoselektomiya və s.), on minlərlə xəstəyə konservativ müalicə aparmışdır. Rusiyanın, Türkiyənin qabaqcıl uroloji klinikaları ilə müntəzəm əməkdaşlıq edir, İstanbul, Ankara, Akdeniz, Rəşt, Milan, Bakı və s. şəhərlərdə keçirilən bir çox beynəlxalq konfrans və konqreslərin iştirakçısı olmuşdur.

40-a yaxın elmi, bədii-publisistik kitab, 100-ə yaxın elmi məqalə, tezis, metodik tövsiyə və səmərələşdirici təklif müəllifidir.

Ramiz Əkbərov təkcə həkimliyi ilə deyil, ədəbi fəaliyyəti ilə də uğur qazanan ziyalılardandır. "30 il milis rəisi", "Salam, cənab Polkovnik", "Bu, sənin taleyindir" kitablarında polisin keçirdiyi əzablı və şərəfli yoldan bəhs edir. İşıq üzü görmüş "At-murad", "Keçən günlərimi qaytarın mənə", "Смех сквозь слезы", "Yasəmən budağı", "Yardımlının Loğmanı", "Mənalı ömür yolu", "Дети играют в войну", "Afiyet olsun" və s. kimi kitablarında müxtəlif mövzulara həsr olunmuş povest və hekayələr toplanmışdır.

O, "Dövrümüzün İbn-Sinası" məqaləsində müəllimi, dünya şöhrətli akademik Mirməmməd Cavadzadənin həyat yolunu, elmi təcrübəsini, təşkilatçılığını həkimlərə, alimlərə örnək yolu kimi təqdim edir. Ramiz Əkbərin "Heydər Əliyev və Nizami Gəncəvi irsi" məqaləsində ("Xalq qəzeti") ulu öndərin Nizami dühasına olan sevgisi və diqqəti ifadə olunur.

Həkim-yazıçının ədəbi fəaliyyəti çox geniş və zəngindir. Onun qələmindən çıxan müxtəlif hekayələr və dram əsərləri öz üslub tərzinə və dilinin sadəliyinə görə anlaşıqlı və xoşagələndir. Ramiz Əkbərin yazdığı dram əsərləri dəfələrlə həm Azərbaycan Dövlət Musiqili Komediya, həm də "İlham Miniatur" teatrlarının səhnələrində oynanılmışdır. Azərbaycan Milli Televiziyasında (AzTv-də) onun "Zəncir" telemonoloqu, İctimai Televiziyada "Qulaq" əsəri dəfələrlə nümayiş olunmuşdur. Müəllifin bir neçə kitabı və hekayəsi alman, rus, türk və polyak dillərində nəşr olunmuşdur. 1 iyul 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daxili işlər orqanlarının kadr hazırlığında, səhiyyə strukturlarının inkişaf etdirilməsində və polis orqanlarının fəaliyyətinin təbliğ edilməsində xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı ilə təltif olunub Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. "Qızıl Qələm", "Həsənbəy Zərdabi", "Altun" mükafatlarının laureatıdır (1998–1999-cu illər). thumbnail|Akademik M. Cavadzadə tələbəsi R. Əkbərlə "Endourologiyanın müasir nailiyyətləri" Beynəlxalq simpoziumunda. (Bakı, 2006) thumbnail|Milan şəhərində keçirilən uroloqların beynəlxalq konfransında. 2013

Monoqrafiyalar və elmi-kütləvi kitabları Артериальная гипертония: 322 вопроса (соавт. Н. Г. Ализаде; Н. Т. Карaева). Баку: Мутарджим, 1999, 140 стр.

2) Tibb zəlisi. Hirudoteropiya (həmmüəlliflər: D. Z. Namazov; N. F. Zairov). Bakı: Mütərcim, 2001, 120 səh.

3) İlk tibbi yardım. Bakı: Mütərcim, 2001, 168 səh. şək.

4) Travmalar və qəfləti xəstəliklər zamanı həkiməqədər ilk tibbi yardım barədə daxili işlər orqanlarının əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları üçün yaddaş. Bakı: Mütərcim, 2001, 52 səh. şək.

5) Azərbaycanın təbii amilləri və onların sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsində tətbiqi (həmmüəlliflər: D. Z. Namazov; N. F. Zairov). Bakı: Mütərcim, 2004, 92 səh.

6) İlk tibbi yardım vərdişləri. Bakı: Mütərcim, 2004, 124 səh.

7) Sidik-cinsiyyət sistemi xəstəliklərinin fiziki üsullarla müalicəsi (həmmüəllif: D. Z. Namazov). Bakı: Mütərcim, 2006, 220 səh.

8) Nizami Gəncəvinin tibbi fəlsəfi və sosial-ekoloji görüşləri. Bakı: Mütərcim, 2004, 176 səh.

9) Nizami Gəncəvinin fəlsəfi-didaktik görüşləri. Monoqrafiya. Bakı: Mütərcim, 2008, 336 səh.

10) Böyrək və sidik axarları daşlarının transuretral endoskopik üsullarla müalicəsi. Bakı-Şirvannəşr, 2015, 144 səh. (həmmüəlliflər: S. B. İmamverdiyev; R. N. Məmmədov; N. F. Zairov).

11) Sidik-cinsiyyət sistemi xəstəliklərinin fiziki üsullarla müalicəsi. Bakı: Mütərcim, 2015, 336 səh. (həmmüəlliflər: Ə. V. Müsayev; D. Z. Namazov; N. F. Zairov).

12) İlk tibbi yardım. Dərs vəsaiti. Bakı DİN-in mətbəəsi, 2015, 211 səh, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 fevral 2015-ci il tarixli 193 №li əmri ilə təsdiq edilmişdir (həmmüəlliflər: H. Həsənov; V. Məhərrəmov; S. Əliyev).

13) Tibb zəlisi – Hirudoterapiya. Bakı: Mütərcim, 2014, 144 səh. (həmmüəlliflər: D. Z. Namazov; R. F. Əmiraslanov; N. F. Zairov)

14) İlk tibbi yardım. Bunları hamı bilməlidir. Təkr. nəşr. Bakı: Mütərcim, 2015, 152 səh. (həmmüəlliflər: R. F. Əkbərova).

15) Tibbi müalicəvi amillərin uroloji xəstəliklərdə tətbiqi. Bakı: Mütərcim, 2015, 132 səh. şək. (həmmüəlliflər: D. Z. Namazov; N. F. Zairov; R. F. Əmiraslanov).

16) Sidik daşı xəstəlikləri və ondan xilas olmağın yolları (Bunları bilmək maraqlıdır.) Bakı, 2018 "Təhsil", 128 səh. (həmmüəlliflər: R. Məmmədov, K. Əkbərov).

17) İlk tibbi yardım (Bunları hamı bilməlidir!) Bakı. "Təhsil", 2018, 20 səh. (həmmüəlliflər: N. X. Quliyev, B. M. Məmmədov).

18) Kişi sonsuzluğu: səbəbləri və müalicəsi (Bunları bilmək hamı üçün maraqlıdır). Bakı, "Təhsil", 2019, 232 səh. (həmmüəllif: İ. S. Əhmədov).

19) Nizami Gəncəvinin tibbi-fəsəfi və sosial-ekoloji görüşləri. Təkrar nəşr. Bakı: Mütərcim, 2021. 200 səh.

Elmi məqalələr Urologiya üzrə

1) Şəki MRX-nın appendisitdə cərrahi taktikası //Az. DTİ-nın elmi konfransı, Şəki, 1977.

2) Уродинамическая оценка недержания мочи у женщин // Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu. Gənc elmi işçilərin konfransı. Bakı, 1984.

3) Böyrəklərin solitar kistalarının diaqnostikası zamanı ultrasəs sonoqrafiyası və EHM-sistinqrafiyası (həmmüəlliflər: A. Ə. Nəzərov; S. Q. Bondarenko) //Azərbaycan Tibb Jurnalı, 1987, № 7, səh. 44–47.

4) Магнито-инфракраснолазерная терапия больных хроническим неспецифическим простатитом (соавт. Д. З. Намазов) // Достижения медицинской науки и практической научной конференции. 2 том. Баку, 2000, стр.287–289.

5) Xroniki prostatiti olan xəstələrin müalicəsində vulkan palçığı ilə lazer şüasının kompleks tətbiqi (həmmüəlliflər; D. Z. Namazov; İ. Q. Fiqarov) // Достижения медицинской науки и практического здравоохранения Азербайджана. Сборник научных трудов. II том. Баку, 2001, стр.309–311.

6) Xroniki prostatiti olan xəstələrdə maqnit-infraqırmızı lazer terapiyasının effektinin qiymətləndirilməsi (həmmüəlliflər; D. Z. Namazov; İ. Q. Fiqarov) // Достижения медицинской науки и практического здравоохранения Азербайджана. Сборник научных трудов. II том. Баку, 2001, стр.309–311.

7) Uroloji təcrübədə xəstəliklərin birgə mövcudluğu və müalicənin kompleksləşdirilməsinin əhəmiyyəti // "Sağlamlıq" jurn. Bakı, 2002; № 4, səh. 31–33.

8) Sidik cinsiyyət sistemi xəstəliklərinin yayılmasının müasir səciyyələri // "Sağlamlıq" jurn. Bakı, 2002 № 4, səh. 33–36.

9) Varikosele xəstəliyinin cərrahi müalicəsinin effektivliyi və uzaq nəticələri //"Sağlamlıq" jurn. Bakı, 2002, № 5, səh. 38–41.

10) Sidik-cinsiyyət sistemi xəstəlikləri ilə əlaqədar stasionar yardımın həcmi //Akademik M. C. Cavadzadənin 75 illik yubileyinə həsr olunmuş respublika elmi-praktik konfransının materialları. Bakı, 2002, səh. 17–21.

11) Xroniki prostatı və onun ağırlaşması olan neyroreseptor impotensiyanın müalicəsində maqnit-lazer terapiya və vinilinlə ultrofonoforezin kompleks tətbiqi //Akademik M. C. Cavadzadənin 75 illik yubileyinə həsr olunmuş respublika elmi praktik konfransının materialları. Bakı, 2002, səh. 21–26.

12) Современная характеристика распространенности болезней мочеполовой системы среди взрослым мужчин (соавт. М. Д. Джавадзаде) "Sağlamlıq" jurn. Bakı, 2002, № 9, səh. 12–16.

13) Sidik axarı daşlarının endoskopik pnevmotik kontakt litotripsiya üsulu ilə müalicəsi //Azərbaycan Tibb Jurnalı, 2011, № 4, səh. 108–111.

Билатеральная уретроскопическая контактная литотрипсия при двусторонних камнях мочеточника. Вестник хирургии Казахстана. 2011, № 3, с.60–62 (соавт. Мамедов, Р. Н. Заиров Н. Ф.).

Fəlsəfə üzrə

1) Nizaminin meracnamələrində təbiət, insan və ilahi aləm münasibətləri //Az. EA Nizami adına Ədəbiyyat İnstitutu. Elmi axtarışlar, № 1–2. Bakı: Elm, 2000, səh. 167–170.

2) Nizaminin təbiətlə cəmiyyətin harmoniyası haqqındakı fəlsəfi görüşləri onun meracnamələrində // Humanitar elmlər öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. I buraxılış. Bakı, 2001, səh. 34–41.

3) Nizami bədii-fəlsəfi düşüncələrinin tibbi-anatomik aspektdən motivlənmə mənzərəsi // Elmi axtarışlar. VI toplu. Filologiya, tarix, incəsənət. Bakı, 2001, səh. 34–42.

4) Nizamının tibbi-ekoloji və fəlsəfi görüşləri (problemin qoyulmuş tezisləri) // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. "Ekomədəniyyət (Экокультура)" Azərbaycan Elmi Araşdırma fondu. Elmi məqalələr məcmuəsi. 30-cu buraxılış. Bakı, 2002, səh. 283–284.

5) Nizami yaradıcılığında insan və təbiət münasibətlərinin fəlsəfi-ekoloji aspekti ("Sirlər xəzinəsi" məsnəvisi üzrə) // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. "Ekomədəniyyət (Экокультура)" Azərbaycan Elmi Araşdırma fondu. Elmi məqalələr məcmuəsi. 30-cu buraxılış. Bakı, 2002, səh. 216–218.

6) Medical-analitical Aspekt of Artistic philosophic Conception of Nizami // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. IV buraxılış. Bakı, 2002, səh. 310–312.

7) Nizami Gəncəvinin sosial ekoloji görüşləri // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Elmi məqalələr məcmuəsi. 34-cü buraxılış. Bakı, 2003, səh. 352–354.

8) Nizami Gəncəvinin tibbi-fəlsəfi görüşləri // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Elmi məqalələr məcmuəsi. 34-cü buraxılış. Bakı, 2003, səh. 350–352.

9) Medical-ecological and philosophic Views of Nizami // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. I buraxılış. Bakı, 2003, səh. 373–374.

10) Heydər Əliyev və Nizami Gəncəvi irsi // Heydər Əliyev və milli mənəvi dəyərlərimiz. Bakı: Səda, 2003, səh. 12–19.