Layihə A və ya "A" Layihəsi (, Çincə:A計劃; Jyutping: A Gai3 Waak6 — 'A' gai waak) — 1983-cü ildə Ceki Çanın məşhur filmlərindən biridir. Film bir çox adla, o cümlədən, «Pirate Patrol» və «Jackie Chan's Project A» adları ilə tanınır.

Şüar Nonstop Action On The High Seas! ()

Məzmun XX əsrin əvvəlləri. Honq Konq. Çinin dənizində Lo adlı dəniz quldurunun başçılığı ilə müxtəlif gəmilər təzyiqə məruz qalır. Onlarla mübarizə etmək üçün dövlət tərəfindən xüsusi layihə hazırlanılır. Bu layihənin adı "Layihə A" adlanır. Lakin bu plan çox da işə yaramır. Təcrübəli dəniz qulduru olan Lo həmişə dövləti qabaqlayır. Bu layihəni həyata keçirmək üçün təcrübəli şəxslərə ehtiyac duyulur. Bu səbəbdən layihəni davam etdirmək üçün işi Honq Konq Dəniz Polisi olan "Əjdaha" ləqəbli Ma və onun dostları öz üzərilərinə götürür...

Mükafatlar 1985: Hong Kong Film Award "Ən yaxşı döyüş kadrları" "Ən yaxşı aktyor": Ceki Çan (bu mükafatı ona vermədilər)

Maraqlı faktlar Ceki Çanın filmdə Qüllədən düşmə kadrı çoxdan planda idi. Lakin Ceki özünü toplamaq üçün çoxlu vaxt ayırmışdır. Ceki Çan Qüllədən düşən zaman onurğa sütunu, boğazı əzilmiş, boynu burxulmuş, barmağları və burnu sınmışdır. Lakin Ceki Çan birinci cəhdi uğursuz saydığından daha sonra iki dəfə də Qüllədən tullanmışdır.

İstinadlar

Xarici keçidlər

«Layihə A» Allrovi «Layihə A» Hkmdb.com «Layihə A» Hkcinemagic.com

Kateqoriya:Ceki Çanın filmləri Kateqoriya:Döyüş incəsənət filmləri Kateqoriya:Polis detektiv filmləri Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:1983-cü ilin filmləri Kateqoriya:Dəniz quldurları haqqında filmlər Kateqoriya:Golden Harvest filmləri Kateqoriya:Honkonqun döyüş filmləri