thumb|right|200px|Türkiyə Respublikası Prezident forsu bayrağın üzərindəTürkiyə Prezident Forsu, Türkiyəni və Türkiyə Respublikası prezidentini təmsil edən, Türkiyə dövlətinin rəsmi rəmzlərindən biri. Forsun sol üst küncündə olan günəş və ulduzlar sarı rəngdədir.
Tarixi Hazırda istifadə olunan bu forsun və gerbin ilk dəfə nə vaxt istifadə olunmağa başladığı barədə rəsmi məlumat yoxdur. İstifadəsinə dair var olan ən köhnə sübut Atatürkün Milli Qurtuluş müharibəsinin sonlarına doğru, 1922-ci ilin sentyabrında İzmir şəhərində çəkilən şəkilidir. Həmin şəkildə Atatürkün avtomobilində görünən bayraq hazırda istifadə olunan forsun bənzəridir. Həmin şəkildə olan bayraq günümüzdə Atatürk və Milli Qurtuluş Müharibəsi Muzeyində saxlanılır.
1923-cü ildə Türkiyənin müstəqilliyini elan etməsinin ardınca dövlət rəmzləri yenidən hazırlanmışdır. İlk olaraq, 3 mart 1923-cü ildə Sultan II Əbdülməcidin forsu ləğv olunmuş, 22 oktyabr 1925-ci ildə isə prezident forsu rəsmi şəkildə qəbul edilmişdir. Təlimatnaməyə görə, ay və ulduz bayraqda olduğu kimi istifadə olunur, günəşdən çıxan işıqlar isə 20 ədəd olmaqla forsun üzərində öz əksini tapmışdır. 18 fevral 1978-ci ildə qəbul edilən qərarla gerbdə olan günəş şüalarının sayı 16-ya endirilmişdir.
Mənası alt=|thumb|200x200px|Türkiyə Respublikası Prezident forsu Ətrafındakı 16 ulduz, tarixdəki 16 böyük Türk dövlətini təmsil edir. Ortadakı günəş Türkiyə Respublikasını təmsil edir.
16 ulduzun işarələdiyi 16 Türk dövləti bunlardır;
50px|Böyük Hun İmperiyasının bayrağı Böyük Hun İmperiyası 50px|Qərbi Hun İmperiyasının bayrağı Qərbi Hun İmperiyası 50px|Avropa Hun İmperiyasının bayrağı Avropa Hun İmperiyası 50px|Ağ Hun İmperiyasının bayrağı Ağ Hun İmperiyası 50px|Göytürk İmperiyasının bayrağı Göytürk İmperiyası 50px|Avar Dövlətinin bayrağı Avar xaqanlığı 50px|Xəzər İmperiyasının bayrağı Xəzər xaqanlığı 50px|Uyğur Dövlətinin bayrağı Uyğur xaqanlığı Böyük Səlcuq İmperiyası 50px|Qaraxanlı Dövlətinin bayrağı Qaraxanlılar dövləti 50px|Qəznəvilər dövlətinin bayrağı Qəznəvilər dövləti 50px|Xarəzmşah İmperiyasının bayrağı Xarəzmşahlar dövləti 50px|Qızıl Orda İmperiyasının bayrağı Qızıl Orda 50px|Osmanlı İmperiyasının bayrağı Osmanlı İmperiyası 50px|Teymurilər İmperiyasının bayrağı Teymurilər dövləti 50px|Babur İmperiyasının bayrağı Böyük Moğol imperiyası
Həmçinin bax Türkiyə Türkiyə prezidenti
İstinadlar
Kateqoriya:Türkiyə Kateqoriya:1983-cü ilin bayraqları Kateqoriya:Türkiyənin dövlət rəmzləri