Tristan-da-Kunya və ya qısaca Tristan () — Atlantik okeanının cənubunda yer alan uzaq bir vulkanik ada qrupudur. Cənubi Afrikadakı Keyptaun sahilindən təqribən 1,511 mil (2.416 km), Müqəddəs Yelena adasından 1.343 mil (2.161 km) və Folklend adalarından 2.166 mil (2.866 km) məsafədə yerləşən dünyanın ən ucqar yaşayış adalarıdır.

Bu ərazi diametri təxminən 11 kilometr (6,8 mil) olan və sahəsi 98 kvadrat kilometr (38 kvadrat mil) olan Tristan da Kunya adasından, eləcə də Qof adasının kiçik səhra adalarının vəhşi təbiət qoruqlarından ibarətdir. Oktyabr 2018-ci il kimi əsas adada Britaniya vətəndaşlığı olan 250 daimi sakin yaşayır. Qof adasında hava stansiyası heyəti istisna olmaqla, digər adalarda yaşayış yoxdur.

Tristan da Cunha, öz konstitusiyasına sahib Britaniya müstəmləkəsidir. Əsas adada heç bir hava limanı yoxdur, Buraya gəlmək üçün yeganə yol Cənubi Afrikadan qayıqla altı günlük səyahətdir.

Tarixçəsi

thumb|left|Portuqal kəşfiyyatçı və tədqiqatçısı Tristo da Kunya 1506-cı ildə adanı kəşf edən ilk adam olmuşdur. Adalar ilk dəfə 1506-cı ildə portuqal tədqiqatçı Tristo da Kunya tərəfindən kəşf edildiyi qeydə alındı, lakin təlatümlü dəniz, tədqiqatçıya burada enməyə mane oldu. Adanın adını öz adı, Ilha de Tristão da Cunha kimi adlandırmışdır. Sonralar İngilis Dəniz Qüvvələrinin buraya çatması ilə İngilisləşmə prosesi baş vermişdir. Bəzi mənbələr Portuqaliyanın ilk enişinin 1520-ci ildə Ruy Vaz Pereira tərəfindən kəşf edildiyi fikrini irəli sürür.

İlk mübahisəsiz eniş 7 fevral 1643-cü ildə Niderland Ost-Hind Şirkəti, Klaes Gerrit Bierenbrudsput tərəfindən idarə edilən Heemstede gəmisi tərəfindən həyata keçirilmişdir. Hollandiyalılar sonrakı 25 ildə adada dörd dəfə dayanmış və 1656-cı ildə arxipelaqın ilk kobud qrafiklərini yaratmışdır.

Arxipelaqın ilk tam araşdırması 1767-ci ildə Fransız korveti Heure du Berger qrupu tərəfindən edildi. İlk elmi araşdırma 1793-cü ilin yanvarında Fransanın Brest şəhərindən Mavritaniyaya gedən bir fransız tacir ekspedisiyası zamanı üç gün adada qalan fransız təbiətşünas Lyus-Meri Aubert du Petit-Tuar tərəfindən araşdırıldı. Tuar, botanika kolleksiyaları hazırladı və XVII əsrdə böyük ehtimal Hollandlar tərəfindən, buxarı və əkin sahələri də daxil olmaqla insan yaşayış yerlərinin izlərini bildirdi.

Avstriya Ost-Hind şirkətinin komandanlığı ilə Avropadan Şərqi Afrika və Hindistana etdiyi səyahətdə, Uilliam Bolts Tristan-da-Kunya adasında çatmış, 1777-ci il fevralın 2-də İmperator bayrağını sancaraq, bu və ətraf adaları Brabant adaları adlandırdı. Əslində şirkət tərəfindən orada heç bir qəsəbə və obyekt qurulmamışdır.

İngiltərə Hökumətinin 1786-cı ilin sentyabrında Yeni Cənubi Uelsdə yaşayış məntəqələrinin salınmasına başlayacağını elan etdikdən sonra, ehtimal ki, Aleksandr Dalrimpl, Cənub okeanında Tristan-da-Kunya, Sen-Pol və Amsterdam adalarında yaşayış məntəqələri üçün özünün alternativ bir təklifi olan bir kitabça nəşr etdi.

Kapitan Con Blanket R.N., 1786-cı ilin avqust ayında rəhbərlərə Tristan-da-Kunya adasına müstəqil olaraq İngilis qəsəbəsi qurmaq fikrini irəli sürdü. Nəticə olaraq, admirallıq, 1789-cu ilin oktyabrında Hökumətdən Atlantik okeanının cənubunu və Cənubi Afrikanın sahillərini ümumi araşdırmanın bir hissəsi olaraq adanın araşdırılması üçün əmr aldı. Bu araşdırılma sonradan həyata keçirilməsə də, Tristan, Amsterdam və Sen-Pol adalarına dair araşdırma 1792-ci ilin dekabrında və 1793-cü ilin yanvarında İngiltərənin Çindəki ilk səfiri Corc Makartney tərəfindən həyata keçirildi. Çinə etdiyi səfəri zaman adaların heç birinin yaşayış məskənlərinin salınması üçün uyğun olmadığını söyləmişdir.

XIX əsr İlk daimi mühaciri 1810-cu ilin dekabrında adaya digər iki adamla, daha sonra üçüncü ilə birlikdə köçmüş Massaçusets, ABŞ-nin Salem şəhərindən olan Conatan Lambert olmuşdur. Lambert, adaları öz əmlakı elan etmiş və adaya Yeni Ada adını qoymuşdur. Dörd nəfərdən üçü 1812-ci ildə ölməsinə baxmayaraq, üç daimi məskunlar arasında yer alan Tomas Kurri adada bir fermer olaraq yaşamağa davam etmişdir.

14 avqust 1816-cı ildə İngiltərə, bu adaları Cənubi Afrikadakı Keyp koloniyasından asılı vəziyyətə saldı. Bu isə, adaların Napoleon Bonapartı Müqəddəs Yelenadaki həbsxanasından qaçmasının qarşısını almaq üçün bir tədbir olaraq izah edildi. Həmçinin, buranın işğalı ABŞ-nin 1812-ci il müharibəsi dövründə dəniz kreyserləri üçün bir baza olaraq istifadə etməsinə mane oldu. Qarnizonun bəzi üzvlərinin burada yaşamasına və daimi bir əhalini meydana gətirməyə bünövrə qoymasına baxmayaraq, 1817-ci ilin noyabrında ada tərk edildi.

Adalar Britaniya Dəniz Qüvvələrinin bir qarnizonu tərəfindən işğal edildi və getdikcə mülki əhalinin sayı artdı. Bervik 25 mart 1824-cü ildə orada dayanmış və 22 kişi və 3 qadından ibarət bir əhalinin olduğunu bildirişdir. Cənubi Avstraliya yelkənli gəmisi burada 1836-cı il 18-20 fevral tarixləri arasında qalmışdır.

Balinaovlayan gəmi, Atlantik okeanının cənubunda əməliyyatların aparılması məqsədilə adalarda baza qurdu. Bununla birlikdə, 1869-cu ildə Süveyş kanalının açılması, yelkənli gəmilərdən kömürlə işləyən buxar gəmilərinə tədricən keçidlə birlikdə, Avropadan Şərqi Asiyaya yelkənli gəmi səyahətləri üçün və ya sığınacaq kimi dayanma limanı olaraq ehtiyac qalmayan adaların izolyasiyasını artırdı. 1851-ci ilin fevralında bir rahib adanı ziyarət etmiş və sonradan Keyptaun yeparxiyasına daxil etmişdir.

1867-ci ildə Edinburq hersoqu və Kraliça Viktoriyanın ikinci oğlu Şahzadə Alfred adaları ziyarət etdi. Adadaki əsas yaşayış məntəqəsi olan Yeddi dəniz Edinburqu, onun ziyarətinin şərəfinə adlandırılmışdır. 15 oktyabr 1873-cü ildə Krallıq donanmasınə məxsus elmi tədqiqat gəmisi HMS Çelencer Tristanda coğrafi və zooloji tədqiqatlar aparmaq üçün sahilə yanaşdı. Kapitan Corc Nares, adada yaşayan 15 ailə və 86 fərdini qeyd etmişdir. Tristan 1875-ci ilin oktyabrında yenidən İngilis Krallığından asılılığına düşdü.

XX əsr 1880-ci illərdən bəri davam edən çətinliklərdən və 1906-cı ildə xüsusilə sərt qışdan sonra İngilis hökuməti 1907-ci ildə adanın boşaldılmasını təklif etdi. Tristanlılar görüş keçirmiş və gələcəkdə daha da kömək edə bilməyəcəyi xəbərdarlığına baxmayaraq bu təklifi imtina etmək qərarına gəldilər. 1909-cu ildən 1919-cu ilə qədər buraya heç bir gəmi gəlməmişdir. 10 ildən sonra sadəcə HMS Yarmouth gəmisi, Birinci Dünya müharibəsinin nəticələrini adalılara məlumat vermək üçün dayanmışdır. Şeklton-Rouett ekspedisiyası 1922-ci ilin may ayında Tristanda beş gün qalaraq, Keyptaun şəhərinə geri qayıtmadan geoloji və botanika nümunələri yığdı. Önümüzdəki illərdə ziyarət edilən bir neçə gəmi 1927-ci ildə Krallığın sərnişin layneri olan RMS Asturias, 1928-ci ildə Fransanın RMS Empress, 1929-cu ildə Avstraliyanın RMS Empressi olmuşdur. 1935-ci ildə Londonun The Daily Telegraph qəzeti, adada 187 baş iribuynuzlu, 42 at və 167 nəfər olduğunu bildirdi. thumb|Qof və İnaksessibl adaları YUNESKO Ümumdünya irsi siyahısına daxildir.

1937-ci ilin dekabrından 1938-ci ilin martına qədər bir Norveç sosioloq olan Piter A. Münih ada mədəniyyəti ekspedisiya məqsədilə buraya ziyarət etdi. Sonradan 1964-1965-ci illərdə adaya yenidən baş çəkdi. Adaya 1938-ci ildə Milli Coğrafiya Cəmiyyətinə hesabat verən U. Robert Foran da buranı dəfələrlə ziyarət etmişdir. Foranın hesabatı həmin il yayımlandı. 12 yanvar 1938-ci ildə məktublar patenti yolu ilə Müqəddəs Yelena, Tristan-da-Kunya da daxil olmaqla ətraf adalar Britaniyadan asılılığı qəbul etdi və burada İngilis Krallıq koloniyası olan Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya adaları yaradıldı.

İkinci Dünya müharibəsi dövründə Tristan, Krallıq donanması tərəfindən daş freqat HMS Atlantik Adası istifadəyə verildi və Nazi U-gəmilərini və Atlantik okeanının cənubundaki nəqliyyat hərəkətlərini izləmək üçün gizli siqnal kəşfiyyat stansiyası olaraq istifadə edildi. Bu hava və radio stansiyası adada məktəb, xəstəxana və mağaza da daxil olmaqla geniş infrastrukturun qurulmasına səbəb oldu. Müharibədən sonra, 1949-cu ildə adada, yerli sakinləri maaş ilə təmin edən ilk konserv zavodu açıldı. Kraliçanın həyat yoldaşı şahzadə Filip, HMY Britannianın dünya turu çərçivəsində adalara 1957-ci ildə gəldi.

Qof adası 1995-ci ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına əlavə edildi, və "Qof adası vəhşi təbiət qoruğu" adlandırılmağa başlandı. 2004-cü ildə bu siyahıya İnaksessibl adası da əlavə olunaraq, siyahı genişləndirildi.

XXI əsr 23 may 2001-ci ildə adalar ekstratropik bir siklon ilə vuruldu və saatda 190 kilometrə (120 mil) qədər küləklər meydana gəldi. Bir sıra tikiliyə ciddi ziyan dəydi və çox sayda mal-qara tələf oldu, sonralar İngilis hökuməti tərəfindən yardım təmin edildi. 2005-ci ildə, sakinlərin onlayn olaraq mal sifariş etmələrini asanlaşdırmaq üçün adalara Birləşmiş Krallıq poçt kodu (TDCU 1ZZ) verildi. thumb|Adanın okeandan 2012-ci ildə görünüşü. 13 fevral 2008-ci ildə baş verən yanğın, adanın dörd enerji generatorunu və balıq konservi fabrikini məhv edərək iqtisadiyyata ciddi şəkildə zərər vurdu. 14 mart 2008-ci ildə yeni generatorlar quraşdırıldı və güc bərpa edildi. 2009-cu ilin iyul ayında yeni bir fabrik açıldı. Əvəzedici fabrik inşa edilərkən, MV Kelso balıq konservi gəmisi adada qalmışdır. Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya adaları 2009-cu ildə Konsitutsiyada mühüm dəyişikliklər olmuş, Müqəddəs Yelena və Tristan-da-Kunya adalarına bərabər status verilmişdir.

16 mart 2011-ci ildə, MS Oliva adlı yük gəmisi, Nayintqeyl adasında okeana tonlarla yanacaq yağı tökmüşdür. Bunun nəticəsində meydana gələn yağ suları, adanın məşhur pinqvinlərini ciddi təhlükə ilə qarşı-qarşıya qoymuşdu. Naytinqeyl adasında təmiz su miqdarının ciddi şəkildə azalması nəticəsində, pinqvinlər təmizlik üçün Tristan-da-Kunya adasına nəql edildi.

Ümumi günəş tutulması 5 dekabr 2048-ci ildə adanın üstündən keçəcəyi təxmin edilir. Həmçinin, adanın 3 dəqiqəlik bir umbra yolunun mərkəzi xəttində olacağı hesablanır.

Coğrafiya

thumb|right|Qof adalarının üstdən görünüşü Tristan-da-Kunya aşağıdakı adalardan ibarət olan Tristan-da-Kunya arxipelaqının əsas adasıdır: Tristan-da-Kunya, əsas və ən böyük ada, sahəsi 98 kv. km-dir (37.8 kv. mil). () İnaksessibl adası, sahəsi 14 kv. km-dir (5.4 kv. mil). Naytinqeyl adaları, sahəsi 3.4 kv. km-dir (1.3 kv. mil). Naytinqeyl adası, sahəsi 3.2 kv. km-dir (1.2 kv. mil). Mərkəzi ada, sahəsi 0.1 kv. km-dir (25 akr). Stoltenhoff adası, sahəsi 0.1 kv. km-dir (25 akr). Qof adası (Dieqo Alvarez), sahəsi 91 kv. km-dir (35 kv. mil).

İnaksessibl adası və Naytinqeyl adaları, müvafiq olaraq əsas adadan 35 km (22 mil) Qof adası isə 395 kilometr (245 mil) məsafədə yerləşir. thumb|Tristan-da-Kunya, 6 fevral 2013 tarixində, Beynəlxalq Kosmik Stansiyasından görüntü Ada əsasən dağlıq relyef formasına malikdir. Yeganə düzənlik ərazi Yeddi dəniz Edinburqu şəhərinin yerləşdiyi şimal-qərb sahilindədir. Ən yüksək nöqtə, 2,062 metr (6,765 fut) yüksəklikdə yerləşən Kuin-Meri-Pik adlanan bir vulkan zirvəsidir. 1956-cı ildən bəri Cənubi Afrika tərəfindən idarə olunan və 1963-cü ildən bəri adanın cənub-şərq sahilindəki Transvaal körfəzinin indiki yerində olan Qof adasında altı nəfərlik heyəti olan bir hava stansiyası istisna olmaqla qrupun digər adaları məskunlaşmışdır.

İqlim Arxipelaqda, mülayim temperatur, günəşli saatların sayı az və kəskin yağışlarla dəniz iqlimi hökm sürür. Trevarta təsnifatına əsasən, Tristan-da-Kunya soyuq hava olmaması səbəbindən rütubətli subtropik iqlimə malikdir. Yağışlı günlərin sayı, şimal yarımkürəsində daha yüksək bir enlikdə yerləşən Aleut adaları ilə, günəşli günlərin saatları isə ekvatordan 20° uzaq olan Cuno, Alyaska ilə müqayisə edilə bilər. Şaxtanın 500 metr (1600 fut) yüksəkliklərdə olduğu bilinmir, yayın temperaturu da eyni dərəcədə mülayimdir və 25 °C-ə çatmır. Şərq sahilindəki Sendi-Point, adaların ən isti və ən quraq yeridir.

Əhalisi