thumb|РQvido Reni. "Deyaniranın oğurlanması". Luvr

Deyanira (, ) — Qədim yunan mifologiyasındaDünya xalqlarının mifləri. M., 1991-92. 2 cilddə. I cild. s.367-368 Kalidon padşahı (və ya plevronlu) Oyneyin və Alfeyanın (və ya Dionisin) qızı, Meleaqrın bacısı, Heraklın arvadı, Heraklidlərin anası.

Deyanira və Meleaqr Deyanira kiçik yaşlarından silah işlətməyi və araba sürməyi bilirdi. Onu döyüşçü adlandırılarNonn. Dionisin əməlləri XXXV 88. Meleaqrın ölümündən sonra, onun bütün bacıları kədərdən sesarka toyuğuna çevrilmişdilər. Yalnız Deyanira və o biri bacı olan Qorqa Dionisin müdaxiləsi nəticəsində insan simasını saxlamışdılar.

Herakl və Deyanira Seberin ardınca Ölülər diyarına enən Herakl orada Meleaqra rast gəlmiş və Meleaqr ondan Deyaniranı almasını istəmişdi. Yerə qayıdan Herakl Oyneyin yanına gələrək ondan qızı Deyaniranı istədi. Lakin Kalidonda ona rəqib olan çay tanrısı Axeloy ortaya çıxdı. Oyney qərara gəldi ki, Deyaniranı mübarizədə qələbə çalan alacaq.

Onlar arasındakı çarpışmada Axeloy hiylə işlədərək ilanan və öküzə çevrilirdi. Lakin Herakl öküz cildində olan Axeloyun buynuzunu sındırdıqda o, məğlub oldu. Nəticədə Oyney qızını Herakla verdi.

Oyneyin saraını tərk edən Herakl və Deyanira çoxlu səyahət etdilər. Feodomantın driopları Herakla hecum edən zaman, Deyanira onunla bərabər çarpışdı və sinəsindən yaralandıRodoslu Apolloniyə sxoliyalar. Arqonavtika I 1212 // V.Q. Boruxoviçin Apollodor kitabına qeydləri. Mifologiya kitabxanası. L., 1972. s.134.

Onun Herakldan üç oğlu - Hill, Ktesipp, Qlen və OnitHesiod. QAdınların növləri 25-ci fraza M.-U.; Psevdo-Apollodor. Mifologiya kitabxanası I 8, 1; II 7, 5-8 (Diodora görə üç: Hill, Qleney və QoditSiciliyalı Diodor. Tarixi kitabxana IV 37, 1) və qızı Makariya oldu.

Ness və Deyanira Herakl bir dəfə Even çayının qırağına gəldi. Burada səyahətçiləri kentavr Ness iti axan çaydan pul alaraq keçiridi. Ness Deyaniranı o biri sahilə keçirməyi təklif etdi və Herakl onu Nessin belinə qoydu. Özü isə çayı üzərək keçdi, lakin sahilə çıxan kimi Deyaniranın köməyə səsləyən harayını eşitdi. Onun gözəlliyinin əsiri olmuş kentavr onu oğurlamaq və zorlamaq istəyirdi. Herakl Nessi ölümcül oxla yaraladı. Can verən və qisas almaq istəyən kentavr Deyaniraya onun qanını toplamağı və saxlamağı tövsiyə etdi, bu qan guya Deyanitay Heraklın məhəbbətini qorumağa yardım etməli idi.

Bir gün Heraklın Exaliyada əsir aldığı İola ilə evlənəcəyini eşidən Deyanira Nessin qanını bir xitona batırdı və onu Herakla yolladı. Lakin Heraklın lerney hidrasının ödü ilə qarışdırılmış oxu ilə öldürülən Nessin qanı zəhər kimi təsir etdi və Herakl böyük əzab içərisində həlak oldu. Ərinin ölümümün səbəkarı olduğunu öyrənə Deyanira özünü ya qılınclaSofokl. Traxinlilər 900—942; və ya asaraqSiciliyalı Diodor. Tarixi kitabxana IV 38, 3; Hihin. Miflər 36 intihar etdi. O, Traxin yaxınlığında öldü, məzarı Eta dağı ətəyindəki Herakleyanın yaxınlığında idi; həmçinin Arqosda başqa bir məzarı da onunku kim göstərirdilərPavsani. Elladanın təsviri II 23, 5.

Sofoklun "Traxinlilər" və Senekanın "Herkules Etada" əsərinin baş obrazırıdır. Ovidi Deyaniranın Herakla məktubunu yazmışdı (Heroidlər IX).

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qədim yunan mifologiyası personajları Kateqoriya:Özünü asaraq intihar edənlər Kateqoriya:Qadın adları Kateqoriya:Qədim yunan mifologiyasında qadın Kateqoriya:Metamorfoza personajları Kateqoriya:Herakl Kateqoriya:Ərini öldürənlər Kateqoriya:Yunan qadın adları