Bandar Seri Begavan, (malay dili: بندر سري بڬاوان ; ˌbanda səˌri bəˈɡawan ) – Bruneyin paytaxtı və ən böyük şəhəri. thumb|250px|Bruneydə Sultan Ömər Əli Sayfuddin məscidi
Tarixi Bruney çayı yanında yaşayış məskəninin tarixi VII əsrə gedib çıxır. 1970-ci ilə qədər şəhər Bruney adı daşıyırdı .
1920-ci ildə şəhər rəsmi şəkildə şəhər və ingilis torpaqlarının mərkəzi statusunu aldı. 5 oktyabr 1970-ci ildə şəhər əvvəlki sultan Ömər Əli Sayfudinin şərəfinə Bandar Seri Begavan adını aldı. Malay dilindən tərcümədə "Əlahəzrət şəhəri" deməkdir .
Coğrafiya Bandar Seri Begavan Malay arxipelaqının Kalimantan adasında, Bruney çayının şimal sahilində yerləşir. Onun koordinatları: 4°53'25"N, 114°56'32"E.
Mənbə
Bandar Seri Begavanın rəsmi saytı
İstinadlar
Kateqoriya:Bruney Kateqoriya:Asiyanın liman şəhərləri Kateqoriya:Asiya dövlətlərinin paytaxtları