Onuncu krallıq () - 2000-ci il 27 fevralda istehsal olunan televiziya serialıdır. ABŞ-nin NBC kanalında mini-serialın reytinqi az olduğuna görə davamı çəkilməmişdir. Lakin filmlər haqqında ən böyük informasiyaya malik olan Internet Movie Database (IMDb) saytında böyük səs toplamışdır.As quoted in PAT ST.GERMAIN, "Camryn relishes NBC Snow job ," JAM! (January 11, 2000). Filmin büdcəsi qiymətləndirməylə $44 milyon ABŞ dollardır. 2000-ci ildə Emmi mükafatını qazanmışdır.

Teleserial gənc bir qadın və atasının Nyu-Yorkdan sehrli bir güzgü vasitəsilə paralel pəri nağılları dünyasına teleportasiya olunmasından sonrakı macəralarından bəhs edir. İlk göstərim 14,04 milyonun üzərində izləyiciyə çatdırıldı.

Məzmun Virciniya Nyu Yorkun Mərkəzi parkında restoranda çalışır və restoran sahibi olmaq xəyalındadır. Lakin bu zaman parallel dünyadan trollelər gəlir. Onlar digər dünyada yerləşən Şahzadə Vendellin döndüyü iti axtarır. Vendelin ruhu itdə, itin ruhu isə Vendeldədir. Bu it trollelərdən qaçmaq üçün sığınacaq axtarmağa məcbur olur və Virciniya velosiped sürərkən qəsdən onun təkərləri altına düşür. Virciniya iti özü ilə birgə götürür, lakin trollelərin onu təqib edəcəyindən xəbəri yoxdur...

Rollarda Aktyor/aktrisa Rol Qeydlər Kimberli Vilyams Virciniya Lyuis Con Larrokett Entoni Toni Lyuis Skott Koen Canavar Deniel Lapeyn Şahzadə Vendell Dayan Uist Kraliça personajın əsl adı: Kristin Slevil-Lyuis-Vayt Rutqer Hauer Ovçu Ed O'Nill Trollelərin Kralı Kemrin Manqeym Ağbəniz

Dünya ölkələrində çıxış tarixi və adı Filmin ilk çıxış tarixi 27 fevral 2000 Böyük Britaniya və ABŞ-də baş tutmuşdur. Norveçdə 30 iyun 2004, Yunanıstanda isə 18 noyabr 2006-cı il tarixində DVD premyerası verilmişdir. Alman DVD variantında filmin adı "Das 10te Königreich" (), televiziya variantında isə ABŞ-də alternativ kimi istifadə edilən "The Tenth Kingdom" adına uyğun olaraq "Das zehnte Königreich" () kimi göstərilir. İtalyan variantında filmin adı "Sehrli aləmin təmsilləri" () kimi səslənir. Azərbaycanda ANS TV və Lider TV kanallarında yayımlanmışdır. ÖlkəDilAdıÇıxış tarixi İngilis dili The 10th Kingdom 27 fevral 2000 İngilis dili The Tenth Kingdom 27 fevral 2000 İspan dili El décimo reino 25 noyabr 2000 Fransız dili Le 10ème royaume 22 dekabr 2000 Alman dili Das zehnte Königreich 23 dekabr 2001 Macar dili A tizedik királyság 27 iyun 2004 Norveç dili The 10th Kingdom 30 iyun 2004 Yunan dili The 10th Kingdom 18 noyabr 2006 Portuqal dili O Décimo Reinado rəsmi çıxış tarixi yoxdur İtalyan dili Il magico mondo delle favole rəsmi çıxış tarixi yoxdur Serb dili The 10th Kingdom rəsmi çıxış tarixi yoxdur Azərbaycan dili Onuncu krallıq rəsmi çıxış tarixi yoxdur

İstinadlar

Xarici keçidlər

Onuncu krallıq Filmin resenziyası Onuncu krallıq

Kateqoriya:Böyük Britaniya teleserialları Kateqoriya:Almaniya teleserialları Kateqoriya:ABŞ teleserialları Kateqoriya:1999-cu ilin teleserialları Kateqoriya:ABŞ-nin fentezi dram teleserialları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:1999-cu ildə başlayan ABŞ teleserialları Kateqoriya:2000-ci ildə başlayan ABŞ teleserialları Kateqoriya:ABŞ miniserialları Kateqoriya:Ağbəniz və yeddi cırtdan haqqında əsərlər Kateqoriya:Böyük Britaniya miniserialları Kateqoriya:Nyu-York şəhəri haqqında teleseriallar Kateqoriya:Paralel kainatlar haqqında teleseriallar Kateqoriya:Romantik fentezi Kateqoriya:Yeniyetmə dramları Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:Nağıllar əsasında çəkilmiş filmlər