Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır.

Tarixçə Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir.

Quruluşu Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur.

Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir. 70 hissədən ibarətdir. Notları sol açarıyla yazılan skripkanın simləri sırasıyla SOL, RE, LYA, Mİ olaraq akkord edilir. Simlərin köklənməsi belədir: IV-g, III-d¹, II-a¹, I-e². Diapazon kiçik oktavanın sol sahəsindən dördüncü oktavanın lya səsinə kimidir.

Skripka kamanı simlər üzərində yuxarı–aşağı hərəkət etdirməklə çalınır. Skripkada çalğı texnikası rəngarəng ştrixlərlə zəngin (detaşe, leqato, stakkado, pissikato) və geniş imkanlara malikdir.

Partiturada Skripka partiyası zərb alətlərindən aşağıda yazılır.Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti — Skripka

Skripkanın hissələri

Həmçinin bax Beş simli skripka

İstinadlar

Kateqoriya:İtaliya ixtiraları Kateqoriya:Musiqi Kateqoriya:Xalq musiqi alətləri