Sendal Berqman () - ABŞ aktrisası, kaskadyoru və rəqqasəsidir. Arnold Şvartsenegger ilə iki filmdə rol almışdır. İlk mükafatını 1982-ci ildə qazanmışdır. Sendal Barbar Konan filmində "Valeriya" obrazını canlandırdığına görə Qızıl Qlobus mükafatına layiq görülmüşdür.
Həyatı Sendal Berqman 14 noyabr 1951-ci ildə ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində anadan olmuşdur. Sendal uşaqlıqdan çox sarışın qız olmuş və boyu nisbətən hündür olubdur. 20 yaşında olarkən ABŞ horeoqrafı Bon Fossun diqqətini cəlb etmişdir. Məhz həmin horeoqraf tərəfindən Sendal film karyerasına başladı. İlk dəfə televiziyada musiqili şoularda peyda olmuşdur. 1974-cü ildə ABŞ-də çəkilən qısametrajlı "Ana" musiqili komediya filmində rəqqasə rolunu canlandırmışdır.
Film karyerası Sendal Berqman əvvəlcə seriallarda, sonralar isə filmlərdə rol almışdır. ABŞ horeoqrafı Bon Foss onu musiqili filmlərdə rəqqasə obrazı səhnəyə dəvət etmişdir. İlk dəfə diqqət cəlb edən rolu həmin dövrün məşhur filmlərindən olan 1979-cu ildə çəkilən "Bütün bu caz" filmində rəqqasə rolunu oynamışdır. İlk seçilən filmi 1980-cı ildə çəkilən "Ksanadu" filmi olub. Bu filmin çəkilişi üçün Nyu-Yorkda yerləşən evini tərk etməsinə və Kaliforniyaya daşınmasına səbəb olmuşdur. Filmdə Böyük Britaniya "Electric Light Orchestra" musiqi qrupunun ifa etdiyi "I'm Alive" mahnısında Sendal epizodik rolda çəkilmişdir.
Sendalın ilk məşhur filmi Arnold Şvartseneggerin baş rolda çəkildiyi Barbar Konan filmi olmuşdur. Bu filmdə Sendel "Valeriya" obrazını canlandırmışdır. Həmin obrazı canlandırdığına və filmdə seçilən aktrisa olduğuna görə 1982-ci ildə Qızıl Qlobus mükafatına layiq görülmüşdür. Ardınca həmin ildə bu filmə görə "Saturn mükafatına" da layiq görülüb. Sendal Berqman 1982-ci ildə məşhur komediya aktyoru olan Lesli Nilsenin "Həkim" rolunu canlandırdığı və dövrün ən məşhur komediyalarından biri olan "Aeroplan 2" filmində epizodik rolda iştirak etmişdir. 1985-ci ildə Kürən Sonya filmində "Kraliça Gedren" obrazını canlandırır. Filmdə baş rollarda Arnold Şvartsenegger və Briqitta Nilsen çəkilmişlər. Film Sendal üçün heç də yaxşı olmamışdır. Canlandırdığı obraza görə "Qızıl moruq" mükafatına layiq görülmüşdür. Bu mükaft isə ən zəif filmlərə və ən zəif çəkilən aktrisa-aktyorlara verilən mükafatdır. Filmin ardınca müxtəlif B filmlərinə (az büdcəli filmlərə) çəkilməsinə davam etmişdir.
1987-ci ildə Sendal "Proqramlaşdırılmış qatil" filmində rol alır. Bu filmdə Sendal filmin baş qəhrəmanı olan "Samira" rolunu canlandırmışdır. Filmdə Sendal baş rolda çəkilmişdir. Film nisbətən uğurlu olmuşdur. 2003-cü ildə "Oxuyan detektiv" filminə çəkilir və rəqqasə rolunu canlandırır. Bu onun son filmi olur və həmin ildən başlayaraq film karyerasını sona yetirir. Sendal Berqman ABŞ aktyoru Coş Teylor ilə ailəli olmuş və bir müddət sonra onlar boşanmışlar.
Filmoqrafiya
Filmlər İl Film Rol 1979 Bütün bu Caz Əsas Rəqqasə #1 1980 Ksanadu Fikirləşən #1 1982 O O 1982 Aeroplan 2 Polis #1 1982 Barbar Konan Valeriya 1985 Kürən Sonya Kraliça Qedren 1986 Stüardesslər məktəbi Vanda Polanski 1987 Ürəkdöyüntüsü Film düzəldənin anası 1987 Öldürməyə proqramlaşdırılmış Samira 1987 Kendilend Harlou 1988 Qurbağa şəhərinə cəhənnəm gəlir Spenql 1991 Xam sinir Qloriya Fridman 1992 Qatilin əllərində Tibb bacısı Hennincer 1993 Bədənə təsir Klarissa 1994 Oxatanın gecəsi Marla Miles 1997 Yadplanetli Marla Miles 2003 Oxuyan detektiv Rəqqasə
Seriallar İl Serial Rol 1965-1974 Dina Martinanın şousu Qızılaxtaran 1982-1993 Alqış Cudi Marlou 1984-1996 O qətli yazıb Serjant Deyzi Kenni 1985-1989 Ay işığı Rəqqasə qadın 1986-1993 Qadınları yaradaraq Devida Deniels 1988-1990 Freddinin qarabasmaları Cincer Trekker Morqan 1988-1989 Çirkli rəqslər Delia 1989 Yer planetində çətin anlar Daniell Spenser
Mükafatlar ABŞ Qızıl Qlobus mükafatı Yeni ən yaxşı aktrisa mükafatı: Barbar Konan - 1983 ABŞ Saturn mükafatı Ən yaxşı aktrisa: Barbar Konan - 1983 ABŞ Qızıl Moruq Mükafatı İkinci planda pis aktrisa: Kürən Sonya - 1985
İstinadlar
Xarici keçidlər Sendal Berqman
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ rəqqasələri Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:ABŞ müzikl aktrisaları