"Küp" () — rejissor İrakli Kvirikadzenin filmi.

Məzmun Qogiya çaxır məhsulu almaq üçün kəndə böyük bir küp alaraq qayıdıb. Onun qızı küpü maşının yük yerindən təkbaşına çıxarmaq istəyəndə onu tuta bilmir və əlindən yerə düşür. Küpün bir hissəsi qırılır. Bundan sonra Qogiya bu işlərin ustası olan Abesalomun köməyinə müraciət etməyə məcbur olur.

Dəvət olunmuş mahir usta böyük küpün içində girib qopan və çatlayan yerləri təmir etməyə başlayır. İşini qurtarandan sonra usta həmişəki kimi küpün boğaz hissəsindən çıxmaq istəyir. Amma küp Meqreliyadan idi. Belə küplərin isə boğaz hissəsi çox dar olur.

Qogiya uğursuzluğa düşmüş ustanı oradan çıxmağa inandırır. Lakin heç bir cəhd arzu olunan nəticəni vermir. Sahə milisi gəlib çıxır. O da heç bir çıxış yolu göstərə bilmir. Onlar ağıllı kiminsə gələcəyinə ümid edərək bazar ertəsinə qədər gözləmək qərarına gəlirlər.

Dostlar zavallı ustaya şam yeməyi və bir qədər çaxır gətirirlər ki, vaxt tez keçsin. Bu, ev sahibinin xoşuna gəlmir. Ancaq o da hamı kimi bu vəziyyətdən çıxış yolu tapılana qədər səbrlə gözləməlidir.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Luici Pirandello Ssenari müəllifi: Rezo Qabriadze Rejissor: İrakli Kvirikadze Operator: Lomer Axvlediani Rəssam: Xristesi Lebanidze Bəstəkar: Giya Kançeli Səs operatoru: Levan Kişnişev Rejissor assistenti: Liya Qogeliya Operator assistentləri: Zaza Qudavadze, İqor Kreps Redaktor: Amiran Çiçinadze Filmin direktoru: Tamaz Keşelava

Rollarda Buxuti Zakariadze — Qogiya Vaxtanq Sulakvelidze — Abesalom Genrieta Lejava — Maro Erosi Mancqaladze Givi Berikaşvili Otar Zautaşvili — sahə müvəkkili İlya Bakakuri L. Soxaşvili M. Kandelaki L. Zardiaşvili Liana Qudadze — Nona İsakadze

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 176.

Xarici keçidlər О фильме "Кувшин" на сайте kino-teatr.ru Filmi izlə sayt YouTube

Kateqoriya:Gürcüstan filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:İrakli Kvirikadzenin filmləri Kateqoriya:1970-ci ilin filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:SSRİ-nin komediya filmləri