Bricitt Linn Vilson-Sampras () — amerikalı aktrisa və müğənni. Ən məşhur rolu Ölümcül döyüş filmindəki Sonya Bleyddir.
Həyatı Bricitt Linn Vilson 25 sentyabr 1973-cü il tarixində ABŞ-nin Oreqon ştatının Qold-Biç şəhərində Keti və Deyl Vilson ailəsində dünyaya gəlmişdir. Onun bacısı Treysi Vilson uşaqlıq illərindən filmlərə çəkilirdi. Bricitt uşaqlıqdan incəsənətlə və şou-bizneslə maraqlanırdı. 1990-cı ildə "Miss Teen USA" gözəllik müsabiqəsinə qatılan Bricitt yarışmanın qalibi olur. 1991-ci ildə Qold Biçdə orta məktəbi bitirir. 1992-ci ildə televiziyaya dəvət edilən Bricitt film karyerasını uğurla davam etdirir. Bricitt Vilson 20 sentyabr 2000-ci ildə məşhur ABŞ tennisçisi Pit Sampras ilə evlənmişdir. Onların Kristian Çarlz (2001) və Rayan Nikolas (2005) adlı övladları vardır. Bricitt 2006-cı ildə "The Rocky Horror Show" proektinə qatılır və həmin ildə "Kainatın Missi" müsabiqəsində jüri kimi çıxış edir. Bununla bərabər Bricittin karyerasında ifaçılıq sənəti mühüm yer tutur. Onun "I Only Wanna Be with You" (1994) və "Gimme A Kiss" (1996) adlı albomları 1990-cı illərin ortalarında, müxtəlif hit-paradlarda yüksək mövqe tutmuşdur.
Filmoqrafiya İl Film Rol1992 Zənglə xilas olmuşlar Cincer1992–1993 Santa-Barbara Liza Fenimor1993 Sonuncu kinoqəhrəman Vitni / Meredit1995 Billi Medison Veronika Von1995 Ölümcül döyüş Sonya Bleyd1997 Əsl sarışın Sahara1997 Mən bilirəm siz keçən yay nə etmisiniz Elza Şivers1999 Gecə kabuslarının evi Melissa Marqaret Marr2009 Kabus zərbəsi Farah
Xarici keçidlər
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Oreqonda doğulanlar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ müğənniləri