Port of Speyn () — Trinidad və Tobaqonun paytaxtı, ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi.

Tarixi Port of Speyn şəhərinin əsası XVI əsrdə ispan işğalçıları tərəfindən qədim hindulara məxsus Konkerabiya adlanan yaşayış məskəninin yerində qoyulmuşdur. 1783-1796-cı illərdə Konkerabiya Trinidad adasında ispan müstəmləkə idarəçiliyinin inzibati mərkəzi olmuşdur. Şəhər yeni - Port of Speyn adını (ingiliscə tərcümədə "ispan limanı") 1797-ci ildə bu əraziyə ingilis mülkü də birləşdirildikdən sonra almışdır.

Coğrafiyası Port of Speyn şəhəri kiçik Antil adaları qrupuna daxil olan Trinidad adasının şimal-qərbində, Karib dənizinin Pariya körfəzində yerləşir. Paytaxtın hava şəraiti rütubətli və isti subekvatorial iqlimin təsiri ilə formalaşır. Orta illik yağıntının miqdarı 1910 mm-ə çatır. Havanın orta temperaturu yanvar ayında +26°S-yə, iyul ayında isə +27°S-yə yaxındır. Quraqlıq mövsümü yanvar ayından may ayına qədər davam edir.

Əhalisi Əhalisi 50 min nəfərdir (2010). Paytaxtın etnik çoxluğu — zəncilər, kreollar və hind-pakistanlılardır. Şəhərdə həmçinin az sayda çinlilər və avropalılar yaşayırlar.

Dil Dövlət dili ingilis dilidir. Həmçinin ispan, hind və patua dilləri də yayılıb.

Din Əhalinin əksər hissəsi – 70 %-i xristaianlardır (katolik və protestantlar); induizm və buddizm tərəfdarları da vardır.

Xarici keçidlər

Kateqoriya:Trinidad və Tobaqo şəhərləri