Hellouin 3: İfritələr mövsümü (; tələffüzü: hæləʊ'ɪ:n 'si:zn ɒv ði wɪtʃ) — 1982-ci ildə istehsal olunmuş ABŞ filmidir."Filmin mükafatları və Nominasiyaları". Yoxlanılıb: 26 sentyabr 2014 "Hellouin" seriyasının üçüncü filmi olan qorxu filmidir. Tommi Li Uolles tərəfindən çəkilən filmin baş rollarını Tom Atkins, Steysi Nelkin ve Den O'Herli vardır.

Film Nigel Knilenin orijinal ssenariyası əsasında götürülmüş və Hellouin Bayramı gecəsində ABŞ-li uşaqların kəllələrini balqabaqa döndərən fabrika sahibi Konal Koxrendən mövzu alır. Filmin mövzusu Maykl Mayers ve Lri Stroyd ətrafında keçməyən seriyanın yeganə filmidir.Jim Harper, Legacy of Blood: A Comprehensive Guide to Slasher Movies (Manchester, Eng.: Critical Vision, 2004), p. 103, ISBN 1-900486-39-3. Ayrıca filmdə Maykl Mayers olmadığı üçün orijinal film olan 1978-ci il tarixli Hellouin filminin əsas janrı sleyşer janrından fərqlənir. Digər tərəfdən xarakterlərin ölümlərini göstərən səhnələrin şiddətli qalmasına baxmayaraq, qrafik baxımından şiddətin sıxlığı, seriyanın 1981-ci il tarixli ikinci filmi olan "Hellouin 2" filminə görə daha azdır.

Film 2.5 milyon büdcəsi ilə "Universal Pictures" studiyası tərəfindən istehsal edilmişdir. ABŞ-nin film satışında yalnız 14.4 milyon qazanaraq seriyaların ən az qazanclı filmi olmuşdur."1982 Domestic Grosses, at BoxOfficeMojo.com . Yoxlanılıb: 26 sentyabr 2014 Bu film çox filmlərlə baştan başa qarışdırılmışdır. Filmin istehsal edilməsindən iyirmi il sonra tənqidçilərdən belə söyləmişdir: "Hellouin" film seriyasının bu epizodu çəkilməsəydi, bu film seriyalarının 1980-ci illərdə Qorxu filmi janrında çəkilən filmlərin sırasına daxil edilməzdi. Mədəniyyət ve film tarixçələri filmin ssenarisini böyük Şirkətlər ve Amerika studiyaları tərəfindən tənqid etmişdir. Bütün bunlara baxmayaraq film onu digər "Hellouin" filmlərindən ayıran izləyici kütləsinə də malikdir.

Filmin mövzusu əvvəlki seriyalardan fərqlənir. Dəlisov oyuncaqlar konstruktoru Hellouin bayramında milyon uşaqlardan hər birini qurbanına çevirmək istəyir. Bunun üçün "Balqabaq" adlanan maska partiyası düzəldir. Bu plan isə yalnız "Bütün müqəddəslərin günü"ndə baş verir.

Seçilmiş sitatlar Ovsun kompüter erasına daxil olur və başqa terror başlayır. () Gecə vaxtı heç kəs evə gəlmir. () Hellouin qorxusu davam edir. () Çellis: Onu söndürün! Bəsdir! Bəsdir! ()

Məzmun

23 oktyabr, şənbə günü. Axşam vaxtı, bir dükan sahibi olan Harri Qrimbric (Al Berri), naməlum qrup tərəfindən təqib edilir. Bir müddətdən sonra Harri yanacaqdoldurma məntəqəsinə sığınır və əlinə bir balqabaq maskası götürür. Yanacaq doldurma məntəqəsinin sahibi (Esseks Smit) onu xəstəxanaya aparır. Harri Qrimbric xəstəxanada "Bizi öldürəcəklər… Hamımızı" ifadəsini işlədir. Xəstəxanada Harri Qrimbric ilə həkim Den Çellis maraqlanır. Bir müddət sonra Harrinin otağına naməlum şəxs gəlir və onu öldürür. Bu müddətdə isə Den Çellisi otağında yuxu aparır. Cinayəti görən tibb bacısı Aqnes (Meydi Norman) çığırır və Çellis oyanıb həmin naməlum şəxsin arxasınca qaçmağa başlayır. Naməlum şəxs avtomobilində olan zaman üzərinə benzin tökərək özünü yandırır. Çellis naməlum şəxsin öldüyünü görür.

Sabahısı gün, bazar günü. Səhər vaxtlarında Harri Qrimbricin qızı Elli xəstəxanaya gəlir və atasının cəsədini görür. Çellis bir müddət öncə arvadı və uşaqları ilə birlikdə olacağına söz vermişdir. Lakin bu hadisələrdən sonra xəstəxanada qalmağa qərar verir və sonrakı şənbə günü ailəsi ilə birlikdə olacağına söz verir. Çərşənbə günü (27 oktyabr) Çellis, iş yoldaşı Teddidən (Vendi Uessberq) özünü yandıran adamın cəsədini araşdırmasını istəyir. Cümə günü (29 oktyabr) Çellis barlın birində tək başına olur. Bara Çellisin xəstəxanada qarşılaşdığı Elli gəlir və burada tanış olurlar. Çellis Elli ilə birlikdə onun atasının dükanına gedir. Elli dükanda atasının qeydlərini araşdırmağa başlayır. Buradakı qeydlərə görə Harri Qrimbric, 18 oktyabr günü yığıncağına, 19 oktyabr günü futbol matçına və 20 oktyabr günü maska almaq üçün Kaliforniyaya aid Santa Miradakı Gümüş Yonca Fabrikasına getmişdir. Çellis Elli ilə cinayəti araşdırmaq üçün Santa Miraya getməyə qərar verir. Çellis həyat yoldaşına söz verdiyi şənbə günü görüşməsini ləğv edir və Elli ilə birlikdə Santa Miraya yola düşürlər.

Santa Mira 1887-ci ildə bir cütçü birliyi tərəfindən qurulmuşdur. İkinci dünya müharibəsindən sonra İrlandiyalı Konal Koçran "Gümüş Yonca Fabrikası"nı quraraq buranı oyuncaq fabrikinə çevirmişdir. Elli və Çellis, Santa Miraya çatdıqları zaman buradakı bir hoteldə qalmağa qərar verirlər. Elli qalacaqları otaqda motel müdiri Cənab Rafferti (Maykl Küri) ilə danışarkən Çellis motel qeydlərinə baxır və hoteldə əvvəllər Harri Qrimbricin qaldığını görür. Hotelə 40 dollar ödəyir. Burada digər motel müştərilərindən San Fransiskoda dükan işlədən Marcin Quttman (Qarn Stivens) və Kupfer ailəsindən Baddi (Ralf Stret), Betti (Cadin Barbor) və oğulları "Kiçik" Baddi (Bredli Şekter) ilə tanış olurlar. Onlar bu qəsəbəyə "Gümüş Yonca" fabrikindən maska almağa gəlmişdir.

Axşam Elli və Çellis birlikdə olurlar. Saat 18:00 olan zaman Santa Mirada küçəyə çıxma qadağan olunur. Çellis qəsəbədəki bir marketə içki almağa gedir. Dükanı axtararkən küçələrin birində bir naməlum adamla qarşılaşır. Çellis soruşduğunda adam Koçranı sevmədiyini dilə gətirir. Çellis uzaqlaşdıqdan sonra həmin adam naməlum bir qrup kostyumlu adamlar tərəfindən başı qopardırılaraq öldürülür. Bu sırada Elli, Marcin Quttman ilə danışır. Ardından Elli motel otağına girir və duş alır. Çellis isə telefonla Teddi ilə danışır. Çellis öyrənir ki, cərrrahiyyə əməliyyatında edilən yarılma nəticəsində cəsəddən yalnız plastik və metal parçalar çıxmışdır. Çellis motel otağına geri dönür. Yenidən Elli ilə birlikdə olur. Marcin Quttman isə otağında maskalardan olan metal etiketlərin birini yoxlayırdı. Etiketdən çıxan şüa nəticəsində Marcin Quttman yaralanır. Elli və Çellis çölə çıxırlar. Çellis həkim olduğu üçün ona kömək etmək istəyir. Lakin "Gümüş Yonca Fabriki"ndən gələn həkimlər buna icazə vermirlər.

Sabahısı gün, 30 oktyabr şənbə günü, səhər saatlarında Çellis Teddini axtarır. Teddi külləri araşdırmağı yeni bitirmişdir və bir insana aid heç bir şey tapa bilməmişdir. Elli və Çellis, "Gümüş Yonca Fabrikası"na gedirlər. Özlərini Kişi və Qadın Smit kimi tanıdaraq Kupfer Ailəsi və Konal Koçran ilə fabriki gəzirlər. Zavod çıxışında Elli fabrikin yaxınlığındakı bir qarajda atasının avtomobilini görür. Elli avtomobilin yanına doğru gedir. Lakin burada naməlum bir qrup kostyumlu adam tərəfindən dayandırılır. Elli və Çellis motel otağına dönürlər. Elli əşyalarını yığışdırmağa başlayır və Çellis polisi axtarmaq üçün motel müdiriyyətinə gedir. Lakin buradakı telefon ilə danışa bilmir. Motel otağına döndüyü zaman Ellinin otaqda olmadığını görür. Çöldə naməlum bir qrup kostyumlu adam vardır və motel otağına doğru gəlirlər. Adamlardan biri otağının qapısını qırır. Çellis otağın arxa pəncərəsindən çölə çıxır və qaçmağa başlayır. Zavod yaxınlğındakı bir qaraja bir avtomobilin girdiyini görür. Bir qrup kostyumlu adam avtomobilin içindən Ellini çıxarırlar və qarajın qapısı bağlanır. Çellis bir telefon daxmasına gedir. Lakin burada da danışa bilmir. Ardından Çellis açıq bir pəncərədən fabrikin içinə girir. Fabrikin içində gəzərkən bir otaqda yaşlı bir qadın görür. Ondan Çellis Ellinin harada olduğunu soruşur və qadını sarsıdır. Qadının başı qopur. Qadın əslində bir robottur. Ardından Çellisin üzərinə kostyumlu adamlardan biri hücum edir. Çellis ilə həmin maskalı adamla döyüşərkən, onun qarnına çoxlu zərbələr vurmağa başlayır. Bu zaman adamın qarnı dəlinir. Qarnının içindən kabel çıxir və adam ölür. Otağa Konal Koçran ilə bərabər iki adam girir və Çellisi tuturlar. Çellis bu adamların android olduqlarını başa düşür.

31 oktyabr, bazar günü. Hellouin bayramında, səhər saatlarında Koxran, android adamları ilə Çellisi fabrikdə gəzdirir. Bu adamların içinin android olub, xaricdən isə maska olaraq hazırlanmışlar. Elli və Xanım Quttman da bir otağa bağlanılmışdır. Ayrıca Kupfer Ailəsi də bir test otağına yerləşdirilmişdir. Burada Kiçik Baddi "Gümüş Yonca" maskasını taxmış və "Gümüş Yonca" reklamını izlərkən başı əriyir. Başından böcək və ilan kimi canlılar çıxmağa başlayır. Bu ilanlar Betti və Baddi Kupferi öldürür. Bu müddətdə Çellis baş verən hadisələri kamera vasitəçiliyi ilə televiziyadan izləyir. Çellis də bir otağa bağlanılır. Digər tərəfdən Teddi xəstəxanada bir android tərəfindən öldürülmüşdür. Koxran, Çellisin başına "Gümüş Yonca" maskası taxır və televiziyanı açır. Koxran ona köhnə Kelt adətlərindən bəhs edir. Koxranın otaqdan çıxmasının ardından, Çellis ayaqları ilə televiziyanın şüşəsini qırır. Əllərinin bağını kəsir və başındakı maskanı kameraya atır. Maska bütünlüklə kameranın üstünü örtür. Çellis ventilyasiya boşluğundan qaçır və fabrikdəki telefon ilə həyat yoldaşına maskalardan xilas olmalarını söyləyir. Çellis fabrikin içində Ellinin bağlı olduğu otağı tapır və onu xilas edir. Onlar birlikdə maskaların çıxarıldığı yerə gedirlər. Çellis maskalardakı öldürücü marka etiketlərinin olduğu qutunu götürür. Maskaların çıxarıldığı yerin üstünə çıxaraq, etiketləri aşağıya atmağa başlayır. Bu zaman fabrikda partlayış baş verir və Koxranın da daxil olduğu bütün android qrupu ölür. Çellis və Elli partlayışdan qaçmağı bacarırlar. Onlar dərhal avtomobillərinə minərək qəsəbədən uzaqlaşırlar.

Çellis, Ellinin normal olduğunu düşünür. Halbuki, Konal Koxran, Ellini qaçırınca, onu da androidə döndərmişdi. Elli Çellisə hücum edir və Çellis əlacsız qalaraq Ellinin başını kəsərək onu öldürür. Çellisin etməsi lazım olan son vəzifə kanallarda nəşr olunan reklamı dayandırmasıdır. Çünkü ölkədəki bir çox az yaşlı uşaqlar bu maskalardan almışdır. Əgər başlarına maskalarını taxaraq reklamı izlərlərsə, axırları Kiçik Baddi kimi olacaqdır. Çellis Elli ilə döyüşərkən əraziyə düşmüşdür. Buna görə yaxında olan Harri Qrimbricin sığındığı yanacaqdoldurma məntəqəsinə gedir. Bu məntəqədə olan telefondan zəng edərək kanallardakı reklamları dayandırmalarını istəyir. Bir neçə kanal reklamı saxlatmışdır. Lakin 3 televiziya kanalı hələ də reklamı yayımlayır. Çellis isə telefonda "Onu söndürün! Bəsdir! Bəsdir!" ifadələri deyir.

Rollarda Aktyor/aktrisa Rol QeydlərTom AtkinsTom Atkins interview, quoted at HalloweenMovies.com Yoxlanılıb: 26 sentyabr 2014 Həkim Daniel ÇellisTom Atkins Yoxlanılıb: 26 sentyabr 2014 Steysi Nelkin Elli QrimbricSteysi Helkin Yoxlanılıb: 26 sentyabr 2014 Cadin Barbor Betti Kalfer Ralf Streyt Baddi Kapfer Maykl Karri Rafferti Den O'Harley Konal KoxrenDen O'Harley Yoxlanılıb: 26 sentyabr 2014 fabrika sahibiBred Şakter Baddi Kapfer-kiçik Nensi Kiz Linda Çelliz Harn Stivens Marc Qattman Conatan Terri Starker El Barri Harri Qrimbric Uenddi Uessberq Teddi Esseks Smit Uolter Cons Meydi Norman Aqnes tibb bacısıCon MakBrayd Şerif Tommi Li Uolles Silver Şemrok Kommersiya Diktoru titrdə göstərilməyib

Maraqlı faktlar Con Karpenter öyrənəndə ki, Tommi Li Uolles neçə qanlı səhnələr əlavə edəcək, bu zaman xahiş edir ki, onun adını titrdə (film başlığında və sonluğunda yazılmış, özündə film heyətləri və rolları ifa edənlərin yazıldığı kadrlar) qeyd etməsinlər. Con Karpenter istəyirdi ki, hər il "Hellouin" seriyasının yeni süjetli bir filmi çıxsın. Lakin film çəkildikdən sonra gəliri əvvəlki seriyalarına görə nisbətən aşağı olur. Bu səbəbdən Con Karpenter "Hellouin 2" filmindəki Maykl Mayersi yenidən filmin dördüncü seriyasına geri qaytarır. İlk filmin mövzusu ilə əlaqəli bu filmdə heç nə yoxdur. Hətta, filmdə Maykl Mayers və Lori Stroud personajları da yoxdur. Filmin sonuncu epizodların birində görünür ki, televiziyada 1978-ci ildə çəkilmiş orijinal "Hellouin" filmi gedir. Filmin cəmi 12 saundtreki var idi. Sonralar ayrıca saundtrek satışa çıxdıqdan sonra daha 13 saundtrek əlavə edilmişdir.Filmin orijinal saundtreki Yoxlanılıb: 26 sentyabr 2014