Dieqo Kan () - Portuqaliyalı dəniz səyyahlarından biri. 1480-cı ildə Qərbi Afrika sahillərini kəşf etmişdir. Dieqo Kan uzun müddət Portuqaliyanın müstəmləkəsində qalmış Anqolanın tabe edilməsində xüsusi fərqlənmişdir.
Həyatı və fəaliyyəti Dieqo Kanın harada və neçənci ildə doğulması barədə dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda Portuqaliya krallığında Villa Real şəhərində 1452 -ci ildə Alvaro Fernandes və Qonzales Kaonun nikahdan kənar övladı olaraq doğulduğu göstərilmişdir. Portuqaliyalı dəniz səyyahlarının müxtəlif ərazilərə səfərlər təşkil etdiyi dövrdə, səfərlərə qatılmışdır. Dieqo Kanın ilk səfəri Afrika qitəsinin cənub istiqamətində başlamışdır. Gəmiçi Henrinin 1460-cı ildə vəfat etməsində sonra durğunluq dövrünü yaşayan Çoğrafi kəşflər Portuqaliya krallığının yeni kralı II İohanın taxta çıxmasından sonra yenidən canlanır. II İohanın əmri ilə Dieqo Kao Afrika qitəsinə səfərlərinə yenidən başlayır. 1482-ci ildə səfərdə olduğu müddətdə Dieqo Kao Konqo çayını və onun mənsəbini kəşf edir. Kan kəşf edilən ərazilərdə dərhal Padrao yerləşdirilməsinə göstəriş verirdi. Bu səbəbdəndir ki, hal-hazırda Qərbi və Şərqi Afrika sahillərində Dieqo Kao tərəfindən tikilmiş bir çox padrao hələ də mövcuddur.
right|thumb|250px|Dieqo Kao tərəfindən Konqoda tikilmiş padrao.
Dieqo Kan Konqo çayınının mənsəbinə çatdıqda burada Avropalıların mövcudluğundan xəbərsiz olduğu Bakonqo Krallığı ilə əlaqə yaradır. Kao daha sonra Anqolaya səfər edir. Anqolada Kao tərəfindən tikilmiş Padraoda səfərin sona çatdığı göstərilmişdir. Anqolanın kəşf olunmasından sonra bu ərazinin tabe olunmasında Dieqo Kaonun böyük rolu olmuşdur. Kao 1484-cü ilin aprel ayında Lissabon şəhərinə qayıdır. Burada kral II İohan tərəfindən Portuqaliyaya göstərdiyi xidmətlərə görə cəngavər ordeni ilə təltif edilir. Kral eyni zamanda Dieqo Kaoya geniş torpaq sahəsi hədiyyə edir. Kao 1484–1486-cı illərdə Afrika qitəsinə ikinci səfərinə başlayır. Konqoda iki ədəd yeni Padrao yerləşdirir. Dieqo Kao ikinci səfərində cənuba doğru 1.400 km irəliləmişdir. 1485-ci ilin noyabr ayında xaç körfəzinin yaxınlığında yerləşən qayanın üzərinə belə bir yazı yazdırmışdır:
Dieqo Kanın harada və hansı şəratidə ölməsi barədə heç bir məlumat yoxdur. Bəzi ehtimallara əsasən ikinci səfəri zamanı Konqoda yerli əhali tərəfindən öldürülmüşdür.
Ədəbiyyat Tim Butcher: Blood River - A Journey To Africa's Broken Heart, 2007. ISBN 0-7011-7981-3 Barros, João de. Decadas da Asia, Decade i. bk. iii., esp. ch. 3 Ruy de Pina, Chronica d'el Rei D. Jodo II. Garcia de Resende, Chronica Luciano Cordeiro, Diogo Cão in Boletim of the Lisbon Geog. Soc., 1892
Kateqoriya:Coğrafi kəşflər Kateqoriya:Portuqaliya səyyahları Kateqoriya:Portuqaliyada doğulanlar Kateqoriya:Afrikanın tədqiqatçıları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri