20 Yanvar Şəhidi fəxri adı — 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası vətəndaşları üçün təsis edilmiş fəxri ad.""20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixli, 695 nömrəli Fərmanı
Məzmun "20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilmişdir. "20 Yanvar şəhidi" fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar.
"20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir.
Laureatlar
İstinadlar
Həmçinin bax Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı
Kateqoriya:Azərbaycan Respublikasının fəxri adları Kateqoriya:Qara Yanvar