Elşad Vəli oğlu Quliyev (19 dekabr 1972; Zəngilan şəhəri, Azərbaycan SSR — 6 aprel 2012; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı, "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçusu, I Qarabağ müharibəsi iştirakçısı.

Həyatı Elşad Quliyev 1972-ci il dekabrın 19-da Zəngilan şəhərində həkim ailəsində anadan olub. Atası Vəli Quliyev həkim-cərrah, anası Kəsirə Quliyeva isə həkim-ginekoloqdur.

1979—1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil alan Elşad Quliyev, 1990—1995-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra, yəni 1995-ci ildən etibarən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətə qəbul edilir.

1998—2010-cu illərdə baş zabit, bölmə rəisi və şöbə rəisi kimi vəzifələrdə xidmət edib.

2012-ci il aprelin 6-da Gəncə şəhərində "Mahrasa bağı" adlanan ərazidə yerləşən mənzildə terrorçularla baş verən atışma zamanı şəhid olmuşdur.Gəncədə ölən MTN xüsusitəyinatlısının kimliyi bəlli oldu

Ailəsi Sevinc adlı xanımla ailəli idi. Əmmar və Nəim adlı 2 oğlu yadigar qaldı.

Mükafatları 50px (16.03.2005) — "İgidliyə görə" medalı "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli, 672 nömrəli Sərəncamı. e-qanun.az 50px (26.06.2005) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı 50px (28.03.2009) — "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı 50px (28.03.2009) — "Vətən uğrunda" medalı "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 mart 2009-cu il tarixli, 212 nömrəli Sərəncamı. e-qanun.az 50px (09.04.2012) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)Azərbaycan Prezidentinin Sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" xüsusi təyinatlı dəstəsinin bir qrup əməkdaşı orden və medallarla təltif edilmişdir. president.az

İstinadlar

Mənbə Təranə Şükürova. "Ölümdən xəbərsiz ömür", "Bütöv Azərbaycan" qəzeti, №25(157). 25-31 iyul 2012-ci il. Şəhid Elşad Quliyev (Vəli oğlu)

Kateqoriya:Azərbaycan Texniki Universitetinin məzunları Kateqoriya:Gəncədə vəfat edənlər