"Kişi və qadın" () — rejissor Klod Leluşun filmi.
Məzmun
Film gənc dul qadın Anna ilə avtomobil yarışçısı, dul kişi Jan-Luinin bir-birinə olan məhəbbətindən bəhs edir. Annanın əri kaskadyor olmuşdu və kino çəkilişləri vaxtı həlak olmuşdu. Jan-Luinin arvadı isə onun yarış zamanı həlak olduğunu eşidib özünə qəsd etmişdi.
Anna ilə Jan-Lui təsadüfən rastlaşmışdılar. Onların uşaqları Dovildəki pansionda oxuyur. Anna qatara gecikir və Jan-Lui onu evinə qədər aparmalı olur. Onların arasında dərhal qarşılıqlı cazibə hissi baş verir. Bu hiss isə tədricən sevgiyə çevrilir.
Mükafatlar və nominasiyalar
Mükafatlar
1966-cı ilin "Oskar" mükafatı: Xarici dildə ən yaxşı filmə görə Ən yaxşı orijinal ssenariyə görə
1968-ci ilin "BAFTA" mükafatı: Ən yaxşı xarici aktrisa – Anuk Eme
1966-cı ilin Kann kinofestivalı: Qızıl Palma Budağı – Klod Leluş Beynəlxalq Kinematoqrafiya Katolik Təşkilatı (OCIC) – Klod Leluş
1967-ci ilin "Qızıl qlobus" mükafatı: Ən yaxşı xarici film Ən yaxşı dram aktrisası – Anuk Eme
Nominasiyalar
1966-cı ilin "Oskar" mükafatı: Ən yaxşı qadın roluna görə – Anuk Eme Ən yaxşı rejissor işinə görə – Klod Leluş
1968-ci ilin "BAFTA" mükafatı: Ən yaxşı film
1967-ci ilin "Qızıl Qlobus" mükafatı: Ən yaxşı rejissor – Klod Leluş Ən yaxşı musiqi – Fransis Ley Ən yaxşı mahnı – "Kişi və qadın" (musiqisi: Fransis Ley, sözləri: Pyer Baru)
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifləri: Klod Leluş, Pyer Utterhoven Rejissor: Klod Leluş Operatorlar: Klod Leluş, Patris Puge Bəstəkar: Fransis Ley Prodüser: Klod Leluş
Rollarda Anuk Eme – Anna Qotye Jan-Lui Trentinyan – Jan-Lui Dürok Pyer Baru – Pyer Qotye Valeri Laqranj – Valeri Dürok Antuan Sir – Antuan Dürok Suad Amidu – Fransuaz Qotye Anri Şemen – Jan-Luinin ortağı Yan Barri – Jan-Luinin sevgilisi
İstinadlar
Xarici keçidlər
Filmin sonluğu sayt YouTube
Kateqoriya:Fransa filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Melodram filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Klod Leluşun filmləri Kateqoriya:1966-cı ilin filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:Fransanın ağ-qara filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Fransanın melodram filmləri Kateqoriya:Parisdə çəkilən filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Dramlar Kateqoriya:Dul insanlar haqqında filmlər Kateqoriya:Qızıl Palma Budağı qalibləri