Məzmun Filmdə baş personaj "Videofilm" studiyasının operatoru Süleymandır. Süleyman yaradıcı insan olduğundan daim öz yeni qəhrəmanlarının axtarışındadır. Onun yanına tez-tez mələklər gəlir, Süleymana yeni həyata başlamaq üçün məsləhətlər verirlər. Ancaq o mələklərin tövsiyələrindən bəhrələnə bilmir. Süleymanın ətrafında baş verən qəribə hadisələr onu daha maraqlandırmır. Onun düşüncələri çoxsaylı labirintlər çərçivəsinə qapanıb. Və özü də bilmir ki, bu cür vəziyyətə nə vaxtdan düşüb — 1 il, 1 ay yoxsa 1 gün.
Film haqqında Rəbiyyə Səyyadinin "Eyya adası" hekayəsinin motivləri əsasında çəkilmişdir
Qədim yunan yazıçısı Homerin "Odisseya" poemasından bir neçə qəhrəman personaj kimi filmə daxil edilmişdir.
Filmin heyəti
Film üzərində işləyən Əsərin müəllifi: Rəbiyyə Səyyadi Ssenari müəllifi: Vəli Səyyadi, Elçin Musaoğlu Quruluşçu rejissor: Elçin Musaoğlu Quruluşçu operator: Əlövsət Aslanov Quruluşçu rəssam: Vəli Səyyadi Səs rejissoru: Firudin Hüseynov Montaj edən: İlham İsayev Filmin direktoru: Sahib Heybətov
Rolda Fərhad İsrafilov — Böyükağa
İstinadlar
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1995-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın fantastika filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii televiziya filmləri