300px|thumb|right|Benzol Orbitalı Aromatik karbohidrogenlər - molekullarında bir və ya bir neçə benzol həlqəsi olan karbohidrogenlərə aromatik karbohidrogenlər deyilir. Aromatik karbohidrogenlərDefinition IUPAC Gold Book Link dedikdə benzol və xassəcə ona bənzər birləşmələr nəzərdə tutulur. Belə ki, aromatik karbohidrogenlər onları başqa birləşmələrdən fərqləndirən və adətən aromatik xassə adlanan bir sıra xüsusiyyətlərə malikdir.P. v. R. Schleyer, "Aromaticity (Editorial)", Chemical Reviews, 2001, 101, 1115-1118. DOI: 10.1021/cr0103221 Abstract.A. T. Balaban, P. v. R. Schleyer and H. S. Rzepa, "Crocker, Not Armit and Robinson, Begat the Six Aromatic Electrons", Chemical Reviews, 2005, 105, 3436-3447. DOI: 10.1021/cr0103221 Abstract.P. v. R. Schleyer, "Introduction: Delocalization-π and σ (Editorial)", Chemical Reviews, 2005, 105, 3433-3435. DOI: 10.1021/cr030095y Abstract. Tərkibinə daxil olan benzol nüvəsinin sayından və onların arasındakı əlaqənin xarakterindən asılı olaraq aromatik karbohidrogenlər iki qrupa bölünür: Bir benzol nüvəli aromatik karbohidrogenlər. Bu qrupa benzol və onun homoloqları daxildir. Kondensləşmiş və ya kondensləşməmiş bir neçə benzol nüvəli aromatik karbohidrogenlər. Bu qrupa difenil, difenilalkanlar, naftalin, fenantren, antrasen, asenaften, flüoren və b. daxildir.
Aromatik karbohidrogenlərin beynəlxalq adı Arenlər-dir.Mechanisms of Activation of the Aryl Hydrocarbon Receptor by Maria Backlund, Institute of Environmental Medicine, Karolinska Institutet Aromatik karbohidrogenlərin ən sadə nümayəndəsi benzoldur. Benzol homoloqlarının düsturu CnH2n-6 kimidir. Aşağıdakı qalereyada Arenlərin bir sıra nümayəndələri göstərilmişdir:
Bir benzol nüvəli aromatik karbohidrogenlər 200px|thumb|right|Benzol
1865-ci ildə Alman alimi Fridrix Avqust Kekule (Bonn Universitetini bitirmişdir) Benzola tsikloheksatrien kimi quruluş vermişdirГабриелян О.С., Остроумов И.Г. "Настольная книга учителя химии - 10 класс". (C6H6). Sonralar benzol üçün daha bir sıra quruluşlar təklif olunmuşdur. Kekule formulundan bu günə kimi istifadə olunmasına baxmayaraq o benzolun xassələrini tam əks etdirmir.P. v. R. Schleyer, "Aromaticity (Editorial)", Chemical Reviews, 2001, 101, 1115-1118. DOI: 10.1021/cr0103221 Abstract.A. T. Balaban, P. v. R. Schleyer and H. S. Rzepa, "Crocker, Not Armit and Robinson, Begat the Six Aromatic Electrons", Chemical Reviews, 2005, 105, 3436-3447. DOI: 10.1021/cr0103221 Abstract.P. v. R. Schleyer, "Introduction: Delocalization-π and σ (Editorial)", Chemical Reviews, 2005, 105, 3433-3435. DOI: 10.1021/cr030095y Abstract. Belə ki, Kekule formulu benzolun birləşmə reaksiyasına daxil olmasını izah etdiyi halda, benzol üçün birləşmə reaksiyasının deyil, əvəzlənmə reaksiyasının xarakter olması, onun termodinamik və oksidləşdiricilərə qarşı davamlılığı izah olunmamış qahrdı. Digər tərəfdən Kekule formuluna görə benzolun izomerdən 1,2-diəvəzli törəmələri ikidən ibarət olmalıdır. Lakin belə izomerlərin olması heç vaxt müşahidə olunmamışdır. Kekule bunu düzgün olaraq benzolda ikiqat əlaqələrin osillasiyası (yerlərini dəyişməsi) ilə izah edirdi.
Çox da uzaq olmayan (1960-1970-ci illər) illərdə müəyyən edilmişdir ki, benzol 253.7nm dalğa uzunluqlu şüa ilə işıqlandırdıqda, o, Klaus, Düar və Xükkel quruluşlarına keçir. Həmin quruluşlarda C6H6-nın xassələri Kekule quruluşlu C6H6-dan kəskin fərqlənir: onlar asan (o cümlədən KMn04 ilə) oksidləşir və sürətlə bromlaşır. Əldə edilən məlumatlar benzolun Kekule quruluşunda mövcud olması fikri ilə yaxşı izah olunur.
Hazırda müxtəlif üsullarla təsdiq edilmişdir ki, benzol molekulu koplanardır, yəni benzolda bütün atomlar bir müstəvi üzərində yerləşir və karbon atomlarındakı qoşulmuş π - elektron orbitalları həmin müstəviyə perpendikulyardır.
Kekule formulunda benzol ehtimal olunduğundan termodinamik daha sabitdir. Belə ki, tsikloheksenin tsikloheksana hidrogenləşmə enerjisi 119,7 kC/Mol təşkil etdiyi halda, üç ikiqat rabitəli benzol tsikloheksana hidrogenləşdikdə ehtimal olunan qədər, yəni 119,7x3=359,1 kC/Mol deyil, ondan 150,7 kC/Mol az enerji ayrılır. Benzolun təcrübi tapılmış yanma istiliyi də nəzəri hesablanmışdan bir o qədər azdır. Həmin enerjiyə (150,7 kC/Mol) benzolun sabitləşmə və ya rezonans enerjisi deyilir. 1945-ci ilə kimi benzol üçün Kekule formulundan istifadə olunmuşdur. Rezonans nəzəriyyəsi meydana çıxdıqdan sonra isə benzola iki Kekule quruluşunun rezonans hibridi kimi baxılmışdır. Bu o deməkdir ki, benzol ayrıldıqda götürülən həmin quruluşların heç birində deyil, ancaq onların rezonans hibridi formasında mövcud olur.A. W. Hofmann, "On Insolinic Acid," Proceedings of the Royal Society, 8 (1855), 1-3.The structure of cycloid hydrocarbons Henry Edward Armstrong Proceedings of the Chemical Society (London), 1890, 6, 95 - 106 Abstract.
300px|Aromatik rezonans
Quruluş 1865-ci ildə Kekule benzola tsikloheksatrien kimi quruluş vermişdir. Sonralar benzol üçün daha bir sıra quruluşlar təklif olunmuşdur. Bu quruluşlar aşağıdakı qalereyada daha ətraflı göstərilmişdir:
Adlandırılması Arenlərin bərk nümayəndələri benzol sözü əlavə etməklə oxunur.Məs. Xlorbenzol, Brombenzol, Etilbenzol, Nitrobenzol və s. Bəzi törəmələrin əvəzləyicinin adı ilə əlaqəsi olmayan xüsusi adlan vardır.Məs. Toluol, Anilin, Fenol, Bluzosulfoturşu və s. Əgər benzol halqasında bir neçə əvəzləyici olarsa, belə törəmələri adlandırmaq üçün əvəzləyicilərin adlarından başqa, onların yerləşmələrini də göstərmək lazımdır.Məs. Orto dixlor benzol, Meta dixlor benzol, Para dixlor benzol və s.
İki əvəzləyici xüsusiyyətlərinə görə fərqli olduqda və onların adlarının "benzol" sözü ilə birləşməsi xüsusi ada uyğun gəlmədikdə, belə birləşmənin adında əvəzləyicilərin adları "benzol" sözündən əvvəl yazılır, məsələn, xlorbrombenzol, bromnitrobenzol və s. Əgər əvəzləyicinin birinin adı "benzol" sözü ilə xüsusi adların birinə uyğundursa, onda birləşmə həmin xüsusi adlı birləşmənin törəməsi kimi adlanır.Məs. Orto- nitrotoluol, Para - bromfenol, Meta - nitrobenzoy turşusu, Para - yodanilin və s. Benzol halqasında ikidən çox əvəzləyici olduqda onların molekuldakı vəziyyəti rəqəmlərlə göstərilir.Məs. 1,2,4 –tribrombenzol, 2 xlor 4 nitro fenol, 2 dinitrotoluol, 2,6 dibrompropan və s.
Təsnifat thumb|right|Benzolun struktur formulu Aromatik karbohidrogenlərin təsnifatını aşağıdakı kimi vermək olar:
6 p-elektronlar Sistemi
Benzol və onun homoloqları. Tsiklopentadienil-anionu. Tsikloheptatrienil-kationu. Tsiklobutadienin anionu. Pirrol, Furan, Tiofen, Pirridin.
10 p-elektronlar Sistemi
Naftalin. Naftalinin izomeri Anulen. Tsiklooktatetraen Dianionu. İndol, Xinolin, İzoxinolin, Xinazolin, Xinooksalin, və başqa sistemlər, Benzol üzüyü əsasında formalaşanlar. Xinolizidin, Pirrolizidin, Purin, Pteridin (və onların homoloqları).
14 p-elektronlar Sistemi
Antratsen, Fenantren, Fenalen. 14-Annulen.
14 p-elektronlardan çox Sistemlər
18-Annulen, KekulenДж. Марч. Органическая Химия. Реакции, механизмы и структура. 1 том. с 88. KoronenТерней А. Л. Современная органическая химия. т.1. с. 578..
Homoaromatik birləşmələr Eynicinsli birləşmələrdir. Xarici orbitalında sp³ hibridləşməsi saxlanılır.
Sidnonlar Mezoion birləşmələr.
Spiroaromatik sistemlər 4,2-Spiraren. Hükkel qaydasına tabe olur.
Aromatik karbohidrogenlərin struktur formulları Arenlər müxtəlif struktur formullara malikdirlər. Onlardan bəzilərini nəzərdən keçirək. Aromatik karbohidrogenlərin ən sadə nümayəndəsi benzoldur. Benzolun struktur formulu aşağıdakı kimidir:
300px|Benzolun struktur formulu
Kekule benzolun formulunu aşağıdakı kimi göstərmişdir:
120px|Benzolun struktur formulu
Naftalinin struktur formulu aşağıdakı kimidir:
120px|Naftalinin struktur formulu
Toluolun struktur formulu aşağıdakı kimidir:
100px|Toluolun struktur formulu
Tsimolun struktur formulu aşağıdakı kimidir:
120px|Tsimolun struktur formulu
Dimetilbenzollar Dimetilbenzollar aşağıdakılardır:
Alınma üsulları Arenlərin alınma üsulları aşağıdakı üsullardan asılıdır:
Daş kömürün quru distilləsindən. Bu proses 10000 – 13000 °C də koks peçlərində aparılır. Bu zaman aşağıdakı fraksiyalar alınır: Koks Daş kömür qətranı Amonyaklı su Koks qazı Daş kömür qətranı fraksiyasından aromatik birləşmələr və fenol alınır → benzol, toluol, naftalin, fenol və s. alınır; Neftdən alırlar (ural neftində 60% aromatik k/h-lər var). Neft məhsullarını 7000 °C temperaturda → 15-18% aromatik k/h-lər alınır; Heksanın dehidrogenləşməsi ilə; Tsikloheksandan katalizator iştirakı ilə qızdırmaqla; N. Zelinski və V. Kazanski üsulu ilə; Benzol və onun homoloqları Fridel - Krafts üsulu ilə alkilhallogenlərə AlCl3, SnCl4, BF3 benzol q/t alınır. reaksiyanı həm sənayedə həm də laboratoriyada həyata keçirmək olar. Benzolun halogenli törəmələrindən Vürs-Fittiq reaksiyası vasitəsilə alkilbenzollar alınır. Aromatik karbohidrogenlərin sənaye mənbələri 1. Aromatik karbohidrogenlərin əsas mənbəyi daş kömür qətranıdır. Aromatik birləşmələrin kömürün kokslşmasından alınmasına baxmayaraq onların əsas mənbəyi neftdir.
2. Bəzi neftləri (Orta Asiya) birbaşa distillə etməklə aromatik karbohidrogenləri almaq olur. Ancaq, əksər kütlə aromatik birləşmələri yüksək temperatur və katalizatorun iştirakı ilə neft fraksiyalarının aromatikləşməsindən alırlar. Katalizatorların (alüminium molibdat və ya alüminium oksid üzərində platin), yüksək temperaturun (500...700oC) və təzyiqin (10..40atm) təsiri ilə aparılan proses katalitik riforminq adlanır. Bu cür proseslərin nəticəsində alkanların tsiklodehidrogenləşdirilməsi , tsikloalkanların dehidrogenləşməsi və izomerləşməsi reaksiyalaraı gedir. Burada həmçinin toluolda alınır. Benzola olan tələbatı tam ödəmək üçün böyük həcmdə toluolu dealkilləşdirib benzola çevirirlər. Reaksiyanı xrom oksidi, sealitlərin iştirakı ilə və ya termiki yolla aparırlar. Katalitik reaksiya Aromatik karbohidrogenlərin katalitik reaksiyası:
350px|Katalitik reaksiya
Vürs-Fittiq reaksiyası Vürs-Fittiq reaksiyası vasitəsilə alkilbenzollar alınır:
350px|Vürs-Fittiq reaksiyası
Fridel-Krafts reaksiyası Benzol və onun homoloqları Fridel - Krafts üsulu ilə alkilhallogenlərə AlCl3, SnCl4, BF3 (Lyuis turşuları)benzol q/t alınır:
350px|Fridel-Krafts reaksiyası
Fiziki xassələri Arenlər suda həll olmur. Onlar üzvi həlledicilərdə həll olur, izomerlərin sayı sıx olarsa, qaynama temperaturu çox olur. Arenlər özləri yaxşı həlledicidir. Hisli alovda yanır ( C çox olduğuna görə). Ərimə və qaynama temperaturu müvafiq olan alkan, alken və alkinlərdən çoxdur.
Aromatik ionlar 125px|thumb|right|Metallotseklonun strukturu Təbiətdə aromatik ionlar mövcuddur. Hüggel qanununa görə, əgər 2π elektronu sistemə qoşulursa, onda bu aromatik ion hesab olunur: 450px|Aromatik ionlar Tsiklopentadienin strukturu: 125px|Tsiklopentadienin strukturu
Kimyəvi reaksiyalar Aromatik karbohidrogenlər müxtəlif orqanik karbohidrogenlərlə reaksiyaya girir. Aromatik əvəzləmə Sulfat turşusunun nitratlaşmasıWebb, K.; Seneviratne, V. (1995). "A mild oxidation of aromatic amines". Tetrahedron Letters 36 (14): 2377–237810.doi:1016/0040-4039(95)00281-G: 400px|Sulfat turşusunun nitratlaşması
Reaksiyalar arasında əlaqə Aromatik karbohidrogenlərin reaksiyaları arasında aşağıdakı əlaqə mövcuddurafrance, M.; Rowley, C.; Woo, T.; Fagnou, K. (2006). "Catalytic intermolecular direct arylation of perfluorobenzenes.". Journal of the American Chemical Society 128 (27): 8754–8756. doi:10.1021/ja062509l: 600px|Reaksiyalar arasındakı əlaqə
Hidratlaşma Aromatik karbohidrogenlərin hidratlaşması reaksiyası üzüyə bənzər forma yaradırOrganic Syntheses, Coll. Vol. 6, p.371 (1988); Vol. 51, p.103 (1971). http://orgsynth.org/orgsyn/pdfs/CV6P0371.pdf : 500px|Aromatik karbohidrogenlərin hidratlaşması
Rezorsin olan mürəkkəb maddə, sulu natrium hidroksidin iştirakı Reney nikel ilə hidrogenləşdirilmiş 2-metil-1,3-sikloheksandion üçün metil yodlu ilə alkili edən Enoliti təşkil edirOrganic Syntheses, Coll. Vol. 5, p.743 (1973); Vol. 41, p.56 (1961). http://orgsynth.org/orgsyn/pdfs/CV5P0567.pdf :