Məzmun Oktyabr inqilabının 20 illiyinə ithaf edilmiş yubiley filmidir.
Film tematik icmal prinsipi əsasında qurulmuşdur. Ekranda qarlı dağlar, şəlalələr, Göy-gölün mənzərəsi və onun ətrafı, üzüm və meyvə bağları, balıq ovu və s. görünür. Sonra kadrlar bizi keçmişə qaytarır. Müəlliflər inqilabdan əvvəlki xronikanı-neftçilərin ağır əməyini, kəndlilərin toxum səpmələrini və s. tarixi sənədləri nümayiş etdirirlər. Serqo Orconikidze Azərbaycanın sosializm quruculuğu işindəki uğurlarından danışır. Burada xalq təsərrüfatının bərpası, qəhrəman neftçilər, Bakı öz əksini tapmışdır.
Filmdə böyük satirik, şair Mirzə Ələkbər Sabirin şerləri də səslənir. Film Moskvada Azərbaycan incəsənəti ongünlüyünün keçirilməsi ilə əlaqədar çəkilmişdir.
Film haqqında Film Qara Qarayevin kinoda ilk işidir.
Film Əbülhəsənin kinoda ilk işidir.
Filmin heyəti
Film üzərində işləyənlər Baş rejissor: Rza Təhmasib Rejissorlar: Qriqori Braginski, A.Konstantinov, Şua Şeyxov Ssenari müəllifi: Rəsul Rza, Əbülhəsən Operator: Seyfulla Bədəlov, Muxtar Dadaşov, Camal İsmixanov, Leon Aristakesov, Fyodor Novitski Bəstəkar: Niyazi, Qara Qarayev, Cövdət Hacıyev Səs operatoru: İlya Ozerski İkinci rejissor: Qəmər Salamzadə, Niyazi Bədəlov Rejissor köməkçisi: Lətif Səfərov
Həmçinin bax
Kateqoriya:1938-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı sənədli filmlər