Şəki hakimliyi — 1551-ci ilə qədər, əsasən indiki Azərbaycan Respublikasının şimal-qərbində, qismən də indiki Gürcüstan Respublikasının şərqi və Rusiya Federasiyasının Dağıstan Respublikasının cənub ərazisində mövcud olmuş dövlət. Əvvəl monqol mənşəli Orlat sülaləsi tərəfindən, sonra isə islam dinini qəbul etmiş Qara Keşiş oğlu və onun nəslindən olan hökmdarlar tərəfindən idarə edilmişdir. Bu dövlətin ərazisi qərbdə Tiflis şəhəri yaxınlığından, şərqə – Qəbələ şəhəri yaxınlığına qədər, cənubda Kür çayından Böyük Qafqaz sıra dağlarına qədər,И.П.Петрушевский. Академия наук Азербайджанской ССР; Сборник статей по истории Азербайджана, стр. 184, Баку, 1949. hətta bəzi məlumatlara görə daha şimala – Dərbənd şəhəri yaxınlığına qədər uzanmışdı.

Mədəni mühit XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. Bu sülalənin ən azı iki nümayəndəsi elmə məlumdur (Seyid Əli Orlat və Seyid Əhməd Orlat).Шеки (историч. область в Азербайджане) — статья из Большой советской энциклопедии. [Советская историческая энциклопедия, статья: Под ред. Е. М. Жукова. Шеки // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия. — 1973–1982 Петрушевский И. П. Государства Азербайджана в XV веке. Шеки в XV веке // Сборник статей по истории Азербайджана. — Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 184.

Hökmdarlar

Orlat sülaləsindən olanlar Seyid Əli Orlat, təxminən 1393–1399 Seyid Əhməd Orlat, 1399 — təxminən 1423/1424

Sülaləsi dəqiq məlum olmayanlar Əli inaq, ən geci 1435 — ən azı 1435 Əbdülqafar, ən geci 1447/1448 — ən azı 1468/1469 Şahhüseyn , ən geci 1497–1497

Qara keşiş nəslindən olanlar Əlican xan/CandarBu şəxsin Əli İnaq ola bilməsi ehtimalı var. Şəki tarixlərində onun islamdan əvvəlki adının "Candar" olması göstərilir, lakin mümkündür ki bu heç də onun adı yox, əslində rütbəsi idi. Belə ki həm "candar" və həm də "inaq" monqol hərbi rütbələri idi, özü də bu rütbələr bir-birinə çox yaxın rütbələr idilər. Mustafa ağanın Şəki tarixində onun yalnız Nuxnaın hakımı olması göstərilir (Bax: И. Л.Сегаль. Елисаветпольская губерня, Тифлис, 1902; yaxud, Хаджи Сеид Абдулгамид. Родословная шекинских ханов и их потомков, wostlit.info, комм.: 7 ). Hacı Seyid Əbdülhəmidin Şəki tarixində isə qeyd olunur ki, Candar Qara keşiş oğlu (1444–1445-ci illərdə (islam tarixi ilə – 848-ci il) islamı qəbul edərək Əlican adını gütürdü. O zamanlar digər torpaqlardan, xüsusi ilə də İrandan, Şəkinin hökmransız və xansız qalmasından istifadə edərək quldurlar və əmirin əskərləri tez-tez Şəkiyə hücüm edirdilər. Şəki əhalisi Əlicanı cəsur və ağıllı olduğuna görə Şəkinin xanı seçir. O, 861 (1456–1457) ildə vəfat edir. Qara keşiş oğlu, 1444/45–1456/57 Qutul xan (Əlican xanın oğlu), 1456/57–1468 Zəki/Şəki xanMustafa ağanın "Şəki tarixi"ndə onun Şəki şəhərini tutması və paytaxt etməsi göstərilir (bax: И. Л.Сегаль. Елисаветпольская губерня, Тифлис, 1902; yaxud, Хаджи Сеид Абдулгамид. Родословная шекинских ханов и их потомков, wostlit.info, комм.: 7 ).(Qutul xanın oğlu), 1468–1488 Həsən sultan, ən geci 1519 — may, 1524 Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu), may, 1524 — may, 1551

Qeydlər

İstinadlar

Ədəbiyyat И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджан и Армении в XVI — начале XIX вв., стр. 35; 72, Ленинград, 1949. Şəki xanlığının tarixindən, Bakı, 1993. Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.

Xarici keçidlər Mahmud İsmayıl."İki od arasında". Bakı. "Gənclik" nəşriyyatı. 1993 oxu

Kateqoriya:Azərbaycanla bağlı dövlətlər Kateqoriya:Şəki Kateqoriya:Orta əsrlərin tarixi dövlətləri