Bostanabad və ya Ucan — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Bostanabad şəhristanının paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 16,592 nəfər və 3,937 ailədən ibarət idi.
Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Şəhərin yaxınlığında Başdağ dağı yerləşir.
İstinadlar
Kateqoriya:Şərqi Azərbaycan ostanının şəhərləri