Nadir mirzə Bədiəzzəman mirzə oğlu Qovanlı-Qacar () — diplomat, nazir.

Həyatı II Nadir mirzə Bədiəzzəman mirzə oğlu 1893-cü ildə Təbriz şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili görmüşdü. Rus, ingilis və fransız dillərini bilirdi.

Rusiyada 1917-ci il inqilabına qədər Peterburqdakı İran missiyasına başçılıq etmişdi. Sonra Aşxabadda Baş konsul işləmişdi. XX əsrin 20–30-cu illərdə İngiltərədə, Cənubi Amerikada, Polşada, Almaniyada diplomatik işdə çalışmışdı.

1943-cü ildən Nazir təyinatına qədər birinci ostanın osqandarı işləmişdi. İngiltərəyə meyil edirdi. Mürtəzaqulu Bayatın kabinetində Poçt və teleqraf naziri olmuşdu.

Ailəsi Nadir mirzə Əşrəfsəltənə xanım Miftahla ailə qurmuşdu. Kuruş mirzə, Fərhad mirzə adlı oğulları, Göytu xanım adlı qızı var.

Mənbə

Həmçinin bax Qacarlar

Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Qacar şahzadələri Kateqoriya:İran nazirləri Kateqoriya:Diplomatlar Kateqoriya:İranın Rusiyadakı səfirləri Kateqoriya:İranın Almaniyadakı səfirləri Kateqoriya:Farslar