Qabriel Urben Fore (; ) — fransız bəstəkar və müəllim.

Həyatı Qabriel Fare 12 may 1845-ci ildə Fransanın Pamye şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. 9 yaşı olanda Lui Nidermeyerin rəhbərlik etdiyi Kilsə musiqi universiteti nəzdində olan məktəbə daxil olmuşdur. Burada kilsəyə lazım olan orqan və xor ifaçılarını yetişdirirdilər.

1870-ci ildə Fransa-Prussiya müharibəsinin başlanması ilə Fore əsgərliyə çağırılmış və Parisin müdafiəsində iştirak etmişdir. Daha sonra Kilsə musiqi universiteti ilə birlikdə İsveçrəyə getmişdir. Qayıtdıqdan sonra əvvəlcə Sen-Lyulpis, 1874-cü ildə isə Madlen kilsəsində işləməyə başlamışdır.

1898-ci ildə Londona səfər etmiş və orada Moris Meterlink pyesi əsasında olan tamaşaya öz musiqisi ilə dirijorluq etmişdir.1905-ci ildə Paris konservatoriyasının direktoru olmuşdur. Ömrünün axırlarında eşitmə qabiliyyətini itirmiş və 1920-ci ildə direktor vəzifəsindən imtina etmişdir.

Yaradıcılıq Forenin ən məşhur əsərləri "Rekviyem", "Madriqal", "Pelles və Melizanda" süitası, "Penelopa" operası, fleyta və fortepiano üçün texniki çətinliklər üzərində yaradılmış "Fantaziya"dır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa bəstəkarları Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Kar bəstəkarlar Kateqoriya:Ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Kilsə musiqisinin klassik bəstəkarları