Avstriyalı Anna (; ) (d. 22 sentyabr 1601 – ö. 20 yanvar 1666) — Fransa kralı XIII Lüdovikin xanımı, Fransa kraliçası. O, eyni zamanda İspaniya kralı III Filipin və Avstriyalı Marqaritanın qızı olaraq İspaniya infantası idi.

Həyatı thumb|left|150px|Anna altı yaşında, 1607. 1615-ci ilin oktyabr ayında Bidasoa şəhərciyində Fransa ilə İspaniyanın sərhəddindən təntənəli nümayiş keçdi. Zərli araba qatarı. Yük daşıyan karvan və mühafizə ordusu yalnız bir şəxsi – 14 yaşlı utancaq qızcığazı müşayiət edirdi. İspan şahzadəsi Anna-Mariyanı Parisə, gənc kral XIII Lüdovikə (XIII Louis) ərə verməyə aparırdılar. O, bu nikahla uzun əsrlər bir-birinə düşmən kəsilmiş Habsburqlar (İspaniya) ilə Burbonlar (Fransa) sülalərini barışdırmalı idi. Bu məqsədlə İspaniya kralı IV Filippin xanımı şahzadə Elizabeth Madridə yollanmışdı. Məzlum qadın yad məmləkətdə qəm çəkdiyi halda, gənc ispan şahzadəsi Fransa mühitinə tamamilə uyğunlaşaraq, xalq arasında Avstriyalı Anna adını qazanmışdı. Bəs nə üçün Avstryalı? Iş burasındadır ki, Habsburqlar sülaləsi Avstrya mənşəli, Annanın anası Marqarita isə Avstriya şahzadəsi idi. Buna görə də, gənc qız ispana az oxşayırdı: onun sarı saçları, ağ dərisi, balaca burnu və Habsburqlar sülaləsinə məxsus olan qabarmış alt dodağı var idi. Onun yalnız tünd şabalıdı, demək olar ki, qara ehtiraslı gözləri şahzadənin ispan mənşəli olmasından xəbər verirdi. Lakin onun çılğın hissləri heç vaxt özünü büruzə vermirdi: şahzadəni saray ruhunda, sərt ispan əxlaq normalarına uyğun tərbiyə etmişdilər. right|thumb|200px|Anna ərə gedir

Annanın atası III Flipp dəm qazından zəhərlənərək vəfat etmişdi. Annanın babası II Flipp Madridin yaxınlığında dəbdəbəli və qaranlıq Eskornal qəsrini inşa etdirsə də, onun övladları dəbdəbədən uzaq olan Alkasar qəsrinə üstünlük verirdilər. Saraylar şərq üslübunda inşa olunurdu. Çünki İspaniya yüz illər boyu ərəb hökmdarlarının əsarəti altında olduğundan, kişi və qadınlar üçün nəzərdə tutulmuş iki hissəyə bölünmüşdü. Günorta saatlarında hər iki tərəfdə saray əyanları, təlxəklər və cırtdan adamlar sərbəst şəkildə hərəkət etsələr də, günbatandan sonra, sarayın qadın ərazisində kraldan başqa, kişi cinsinə məxsus olan şəxsə rast gəlinmirdi. Kraliça və şahzadənin namusu şübhə doğurmamalı idi. Hətta kraliça ilə şahzadənin əlinə toxunmaq belə, edam ilə nəticələnə bilərdi. Bir dəfə şahzadə Mariya-Terezanı qızmış atın belindən yerə salmağa nail olan, yəni onun həyatını xilas edən iki zabit, ölümdən xilas olmaq üçün, sərhəddə qədər gecə-gündüz at çapmalı olmuşlar.

1601-ci ilin sentyabr ayında dünyaya göz açmış Annanın da həyatı, digər ispan şahzadələri kimi sərt qanunlara tabe idi. Səhər erkəndən yuxudan oyanma, səhər duası və səhər yeməyi, daha sonra isə dərs saatları. Gənc şahzadələr tikiş tikir, rəqs edir, yazı yazmağı öyrənir, müqəddəs tarix ilə kral sülaləsinin şəcərəsini əzbərləyirdilər. Daha sonra təntənəli nahar yeməyi, günorta yuxusu, saray xanımları ilə söhbətlər (hər bir şahzadənin saray xanımlarından ibarət ştatı var idi), uzunmüddətli dualar və axşam saat 10-da gecə yuxusu. thumb|220px|left|Anna Əlbəttə, qızcığaz şahzadələrin İspaniyanın xarici əyalətlərindən gətirilmiş oyuncaqları və şirniyyatları var idi. Anna xüsusilə şokoladı çox sevirdi. Çox-çox sonralar, o, şokoladı fransızlara da sevdirmişdi. Lakin, daha doğrusu, onun həyatı şən deyildi – sərt ədəb-ərkan qaydaları ona gülməyə, qaçmağa, yaşıdları ilə oynamağa icazə vermirdi. Bütün bunlarla yanaşı, şahzadələr narahat qiyafələr də geyirdilər. Annanı hələ 3 yaşında fransız şahzadəsi Lüdovikə nişanlamışdılar. Şahzadənin hissləri heç bir rol oynamırdı. O, nişanlısının gözəl və yaxud çirkin, mehriban və ya zalım olacağını bilmirdi.

Anna və XIII Luis thumb|ляво|150px|XIII Luis Demək olar ki, eyni problemlər ilə gənc Lüdovik də qarşılaşırdı. Fransız sarayı ispan sarayına oxşamırdı. Burada tez-tez gülüş səsləri, lətifələr eşidilir, ailə xəyanətləri müzakirə olunur, kral ilə kraliça bir-birinə açıq çəkildə xəyanət edirdilər. Daim işgüzar IV Henrix oğlunu sevsə də, ona diqqət ayırmır, anası italiyalı Mariya Mediçi isə, oğluna, danlamaq və ya onu hər hansı bir əməlinə görə cəzalandırmaq üçün baş çəkirdi. Buna görə də, şahzadənin qapalı, dəyişkən xasiyyətli, kompleksli olması təəccüblü deyildi. Gi Bretonun yazdığı kimi, bu komplekslərdən biri də, Lüdovikin həyat yoldaşına münasibəti idi. O, 3 yaşında olarkən gələcək həyat yoldaşı haqqında bunları deyirdi: "O, mənim ilə yatağa girəcək və mənim üçün uşaq dünyaya gətirəcək ". O dəqiqə də qaşlarını düyünləyərək: "Xeyr, istəmirəm. Axı, o ispaniyalıdır. İspanlar isə, bizim düşmənlərimizdir". Indi isə o, nişanlısı ilə tezliklə görüşməyə can atırdı. O, Annanın Bordo şəhərinə gəlməsini gözləməyib, atla onun qarşısına getmiş, nişanlısının simasını arabanın pəncərəsindən görmüşdü. Annanın gözəlliyi Lüdovikin o qədər xoşuna gəlmişdi ki, gənc şahzadə heç bir söz söyləməmişdi. Bu cür hal nişan mərasimində də təkrar olunmuşdu. Parisdə baş vermiş toy mərasimindən sonra isə yeni evlənən gəncləri yataq gözlədiyi halda, Lüdovik qorxu keçirirdi. Toy gecəsini gənclərlə birlikdə 2 qulluqçuda keçirmiş və səhər saray əhlinə nikahın baş tutduğunu bildirmişlər. Lakin, arzu olunan varis nə toy gecəsi nəticəsində, nə də son 10 ildə dünyaya gəlmədi.

1610-cu ildə IV Henrix qətlə yetirildi və Fransa və Navariyanın qanuni kralı XIII Lüdovik oldu. Lakin buna baxmayaraq, dövləti Lüdovikin anası italiyalı Mariya Mediçi və onun məşuqu italiyalı Konçino Konçini idarə edirdi. Bütün ölkə Konçiniyə nifrət etsə də, baş nazir rütbəsini daşıyan Konçini rüşvət və hiylənin köməyi ilə mövqeyini qoruyub saxlayırdı. Parlament Konçininin istefasını tələb etdikdə isə, gənc yepiskop Lyuson süni sübutlar ilə parlament iştirakçlarının tərəfdarına çevrildi. Bu vaxt yepiskop Armand Jean-de Plesis – Richelieu idi. Yaxın zamanlarda, o, Fransanın əsl hakimi mövqeyini qazanacaqdı.

Lüdovik də Konçiniyə nifrət edir, anasını sevmirdi. O, etirazını özünü bu iki şəxsə oxşatmamaqla bildirirdi. Mariya və Konçini öz qiyafələrini hər gün yenilədiyi halda, Lüdovik sadə kətan paltarda gəzirdi. Onlar ziyafətlər təşkil edir, kral isə gününü ibadətdə keçirirdi. Onlar məhəbbətlə məşğul olur, Lüdovik isə müdrikliyə qapılırdı. Lüdovik ilk toy gecəsindən sonra dörd il həyat yoldaşının yataq otağına daxil olmamışdı. Lüdovik müqəddəs ataların moizələrini dinləyərək qadınları məkrli afət hesab edirdi. O, nəinki həyat yoldaşına, hətta saray xanımlarına da açıq və dar paltarlar geyinməyə qadağa qoyur, onları əks cinsin məkrli niyyətlərindən qoruyurdu.

Eyni zamanda, gənc kral saray xidmətçilərinə qarşı nəvazişlə davranırdı. Bu, Parisdə birmənalı qarşılanmadı. Lüdovikin sevimli xidmətçilərindən biri də quşların təlimçisi Alber de Luin idi. Lüdovik Alberlə birlikdə günlərlə ova çıxaraq, öz xanımını unutmuşdu. Konçini ilə kraliça Mariya Alberə qarşı sui-qəsd hazırlamışdılar. Lakin gənc Fransa kralı onların planlarını hissə-hissə yox etdi. Belə ki, 1617-ci ilin aprel ayında Konçini saray darvazalarının qarşısında qvardiya əsgərləri tərəfindən saxlanılaraq, 3 gülləyə qurban getdi. Növbəti gün kraliça Mariya ev dustağı elan edildi, daha sonra isə Bluaya sürgün edildi. Mariya ilə yanaşı, ona daim sədaqətli olan yepiskop Rişelye də sürgün olundu. Lakin tezliklə Rişelye kardinalın qırmızı papağına layiq görüldü, sonra isə baş nazir vəzifəsinə yüksəldi. Rişelye 1624-cü ildə Fransada baş tutmuş xalq qiyamı və dövlət çevirilişini zor gücünə yatırdı. Rişelyeyə müqəddəs ata Jozef dü Tramblenin rəhbərlik etdiyi məxfi xidmət dəstəsi qulluq edirdi. Rişelyenin casusları Fransa da daxil olmaqla bir sıra Avropa saraylarında kəşfiyyatla məşğul idilər.

Ölkədə bu cür dəyişikliklərin baş verdiyi zaman, gənc kraliça Anna, Luvr sarayında darıxdırıcı həyat tərzi sürüdü. Lüdovikin isə krala layiq olmayan məşğuliyyətləri var idi: o, dualar edir, meyvə ağaclarına qulluq edir, ova çıxırdı. Hətta ölümündən sonra Lüdoviki xatırlayanlar qeyd edirdilər ki, bu fərsiz monarxdan yaxşı xidmətçi çıxardı. Anna həyat yoldaşının əyləncələrini səfehlik hesab edir, onun nəvazişləri üçün darıxırdı. Lüdovikin həyat yoldaşının yataq otağına daxil olması üçün Roma papası və ispan səfiri əllərindən gələni etsələr də, "bal ayı" qısamüddətli oldu. Lakin bütün bunlara baxmayaraq, kraliça Anna, yaxın rəfiqəsi- fitnəkar və yüngül əxlaqlı hersoginya Mari de Şevrezin məsləhətlərini dinləmir və həyat yoldaşına sadiq qalırdı. Mari de Şevrez bunu Annanın "ispan tərbiyyəsi " ilə bağlayırdı. Mari de Şevrezin gətirdiyi məşuqun rədd cavabı alması, hersoginyanın ispan tərbiyəsindən şikayət etməsinə səbəb olmuşdu.

Bu zaman kraliçanın "hisslərinin tərbiyəsinə" gözlənilmədən Rişelye qoşulmuşdu. O, rütbəsinə baxmayaraq, qadınlara ehtiyac duymurdu. Konçininin vəfatından sonra Rişelyenin Mariya ilə yaxın münasibətindən bəhs olunurdu. Rişelye daha sonra Anna ilə yaxın münasibət qurmağa cəhd edirdi. Bir qədər sonra, Rişelyenin qardaşı qızı gənc Mari d’Egiyon Annanın yataq otağında gecələməyə başladı. Rişelye kraliçanın ürəyini ələ almağa çalışırdı. Paris əhalisi Rişelyenin Lüdovikin bacara bilmədiyini etməyə çalışmasından – yəni varis dünyaya gətirərək, Fransa taxt – tacına sahib çıxacağından danışırdılar. Çox güman ki, o, sadəcə olaraq kraliçanı nəzarət altında saxlayaraq, onun hər hansı bir dövlət çevrilişinə yol verməməsinə nəzarət edirdi. Lakin, bütün bunlarla yanaşı, Rişelyenin Annanın gözəlliyinə valeh olmasını da istisna etmək olmaz (o zamanlar Annanın 24, Rişelyenin isə 40 yaşı var idi). Anna kardinalın ağlına, nitqinə valeh olsa da, bir kişi kimi ona maraq göstərmirdi. Çox güman ki, yenə də ispan tərbiyyəsi öz sözünü deyirdi – Anna kişiləri Tanrının qulu kimi qəbul etməyə adət etməmişdi.

Anna Rişelyenin kələklərindən təngə gələrək, rəfiqəsi Marinin məsləhəti ilə onunla zarafat etmək qərarına gəldi. Kardinal növbəti dəfə kraliçadan "mən sizin üçün nə edə bilərəm?" soruşduqda Anna :"Mən vətənimin həsrətini çəkirəm. Siz ispan paltarı geyinərək, mənim xətrimə sarabanda rəqsini oynaya bilərsinizmi?". Kardinal uzun müddət tərəddüd etsə də, qiyafəsini dəyişərək, ehtiraslı rəqs nümayiş etdirdi. O, qəribə səslər eşidərək, çıxışını yarıda saxlamış və pərdənin arxasına baxarkən, hersoginya de Şevrez ilə iki saray xanımının ona güldüklərini görmüşdü. O, qəzəbli şəkildə qaça-qaça otağı tərk etmişdi. Kraliçanın taleyi həll olunmuşdu – o, kardinalın sevgisini qiymətləndirə bilmədiyi üçün heç kimə qismət olmamalı idi. Anna özünə güclü düşmən qazanmıdı və bundan sonra kardinalın casusları Annanı daim nəzarət altında saxlamağa başladılar.

Anna və Bekingem hersoqu thumb|left|Bekingem hersoqu Corc Vilyers 1625-ci ilin yazında kraliçanın ürəyi nəhayət ki, əsl sevgini anladı. Bu ingilis elçisi – 33 yaşlı Bekingem hersoqu Corc Vilyersin Parisə gəlməsi ilə başladı. Artıq ilk saray ziyarəti zamanı hündür boylu, gözəl qiyafəli, yaraşıqlı gənc bütün saray xanımlarını valeh etdi. Onun paltarı hər dəqiqə qırılan mirvarilərlə bəzədilmişdi. O qırılıb yerə düşən mirvariləri geri qaytarmaq istəyənlərə həmin mirvariləri bağışlayırdı. Hersoq Bekingem bu sərvətləri ölüm ayağında olan kral I Yakovun səxavəti nəticəsində toplamışdı. Kral ölərkən varisi Karla hersoq Bekingemi baş müşavir təyin etməsini tövsiyə etdi. Hersoq Parisə XII Lüdovikin bacısı şahzadə Henriettanı Karla nişanlamaq üçün gəlmişdi. Lakin Annanı görən hersoq ömrünün qalan 3 ilini Annanın sevgisini qazanmağa sərf etdi.