Benjamin Yudah (; ) — Hüquqşunas, vəkil. Yudah yəhudi olduğunu açıq şəkildə etiraf etmiş ilk senatordur. Amerika Konfederativ Ştatları elan olunandan sonra, bu dövlətdə bir sıra yüksək vəzifələrdə çalışmışdır. Benjamin Yudah XIX əsrdə ABŞ-də yaşayan və fəaliyyət göstərən ən məşhur vəkillərdən biri olmuşdur.

Həyatı 1832-ci ildə Luiziana kübar cəmiyyətinə daxil olmuşdur. Şəkər plantasiylarında və mərkəzi dəmir yolu şirkətində bir müddət fəaliyyət göstərmişdir. 1842-ci ildə Luiziana ştatının əyalət məclisinə daxil olur. Öz çıxışlarında quldarlığı daim dəstəkləmiş və Abolisionistlərə qarşı sərt tədbirlərin görülməsini təklif etmişdir. Luiziana ştatının ABŞ-dən ayrılmasından sonra ABŞ Vətəndaş müharibəsinə qatılmışdır. Müharibənin sonuna qədər Amerika Konfederativ Ştatlarında müxtəlif vəzifələrdə çalışan Benjamin Yudah Ku Kluks Klan təşkilatının maliyyələşməsində və fəaliyyət göstərməsində böyük rol oynamışdır.

İstinadlar

Kateqoriya:Fransa hüquqşünasları Kateqoriya:Fransa vəkilləri Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Xəstəliklərdən vəfat edənlər Kateqoriya:Böyük Britaniya yəhudiləri Kateqoriya:ABŞ vəkilləri