Məmmədzadə Gülməmməd Əliməmməd oğlu () — Azərbaycan jurnalisti.
Həyatı Gülməmməd Məmmədzadə 1955-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. BDU-nun kitabxanaçılıq və jurnalistika fakültəsini bitirib. O, müxtəlif vaxtlarda "Azərbaycan" qəzetində müxbir, "Cumhuriyyət", "Amin" qəzetlərində redaktor, "İncəsənət" qəzetində məsul katib işləmişdir. "Lənkəran mahalının sərkərdələri" kitabının müəllifi, "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" kitabının həmmüəlliflərindən biri olmuşdur.
Tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə AYB-nin üzvü olmuş, Azərbaycan Jurnalistlər Birliyinin, "Afrika-Asiya" Beynəlxalq Xeyriyyə Cəmiyyətinin, Qafqaz Müsəlmanları Ali Ruhani İdarəsinin Elmi-Dini Şurasının diplomlarına layiq görülmüşdür.
G.Məmmədzadə 1996-cı ildə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri