Ermak () - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Ermak haqqında ilk məlumatlar Bir sıra jurnallarda Ermak personajının Mortal Kombat videooyunun birinci hissəsində gəldiyini dərc edirdilər. Əslində, Ermak personajı səhv nəticəsində yaranmışdır. "Skorpion" personajının qırmızı rəngə boyanan zaman oyunda belə bir ifadə çıxmışdır: "Error Mace". Məhz bu sözün sayəsində həmin personaj "Ermak" adını qazanmışdır.
Həyatı Ermak personajı bir çox ruhların birləşməsindən yaranmışdır. Kano-nun qulu olmuşdur. Ondan yaxşı qatil çıxırdı. Bu halından normal hala dönməsini isə gözləri görməyən, yaxşı qılınc oynadan Kenşi təmin etmişdir. Ermak bunun əvəzində ona telekinezanı öyrətmişdir. Kanodan qisas almaq üçün Liu Kenqin ruhu ilə birləşərək, Şao Kannın əsgərlərinə qarşı vuruşmağa başlayır.
Mortal Kombat: Armageddon Oyunun bu hissəsində Bleyz üzərində qələbə çaldıqdan sonra onun gücü Ermakı bir çox döyüşçüyə ayırır. Onların hamısının beyinləri bir ümumi beyin ətrafında birləşmişdir.
Mortal Kombat (2011) Oyunun bu hissəsində onların ağlı artıq bir ağıl ətrafında birləşməmişdir. Lakin onların ruhları kral Cerrod ətrafında birləşmişdir.
Xarici keçidlər Ermak Mortalkombat.wikia.com
Kateqoriya:Videooyun personajları Kateqoriya:Mortal Kombat personajları Kateqoriya:Kişi videooyun personajları Kateqoriya:Oyunların gizli personajları Kateqoriya:Videooyun bossları Kateqoriya:Kişi videooyun personajları Kateqoriya:Teleportasiya gücünə malik personajlar Kateqoriya:Yavaşladılmış qocalmaya malik uydurma personajlar Kateqoriya:Uydurma kabuslar