Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Naxçıvan MR-nın Kəngərli rayonunda muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli, 33–03/S nömrəli Sərəncamı ilə yaradılmışdır"Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması haqqında " Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli, 33–03/S nömrəli Sərəncamı. alimeclis.az . Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsində yerləşir.

Muzey eksponatları 1500-dən çox maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır. Ekspozisiya zalı, fond və iş otaqlarından ibarət olan muzeydə rayonun tarixini, adət və ənənələrini, məişətini özündə əks etdirən dəyərli eksponatlar toplanmışdır. Burada ibtidai icma quruluşundan başlayaraq istifadə olunmuş daş əmək alətləri, boyalı qablar, küp və keramika nümunələri, dekorativ-tətbiqi sənət nümunələri, mis məişət əşyaları, xalçalar, milli musiqi alətləri nümayiş olunur. Muzeyin ekspozisiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə vardır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:17 iyunda yarananlar Kateqoriya:2006-cı ildə yaradılmış muzeylər Kateqoriya:Naxçıvan Muxtar Respublikasındakı muzeylər Kateqoriya:Azərbaycandakı tarix-diyarşünaslıq muzeyləri