Mirzə Möhsün xan Şeyx Kazım oğlu Təbrizi (1820-1900) — vali, diplomat.
Həyatı
Mirzə Möhsün xan Şeyx Kazım oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Ərəb, fars, ingilis, fransız və italyan dillərini bilirdi. Mirzə Tağı xan Əmir Kəbir Təbrizdə iqamət edərkən Mirzə Möhsün onun yanında çalışmağa başlayır. Gəncdəki fitri-istedadı duyan Əmir Kəbir onu Nasirəddin şah Qacara təqdim edir. Şah ona Moinülmülk, sonra Mötəməndülmülk ləqəblərini verir.
Mirzə Möhsün xan Təbrizi Müzəffərəddin mirzənin yanında xidmət etmişdi. Müzəffərülmülk ləqəbini daşıyırdı.
Mirzə Möhsün xan Təbrizi İranın ticarət, ədliyyə, xarici işlər naziri vəzifələrində çalışmışdı.
Mirzə Möhsün xan Təbrizi 1898-ci ildə şahzadə Əbülfəzl mirzə Qovanlı-Qacar tərəfindən Həmədan valisi təyin edildi. 1899-cu ilin sonlarında Savə vilayətinə hakim göndərildi.
Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:İran nazirləri Kateqoriya:İranın ədliyyə nazirləri Kateqoriya:İranın xarici işlər nazirləri Kateqoriya:Diplomatlar Kateqoriya:İranın Türkiyədəki səfirləri Kateqoriya:İranın Fransadakı səfirləri Kateqoriya:İran tərcüməçiləri Kateqoriya:Farslar