Kim Possibl: Belə Drama () - 2005-ci ildə çəkilmiş qısametrajı animasiyadır. Həmçinin, animasiyanın "Kim Possibl Film: Belə Drama" () və ya "Kim Possibl 2: Belə Drama" () kimi səslənir.

Məzmun

Kim Possibl və Ron Stoppabl kömək üçün ikinci dəfə oyuncaq fabriki Nakasumiyə çağırırlar. Həkim Drakken Şiqonu, Nakasumini zorla qaçırmaq üçün önləyir. Lakin Şiqo Nakasuminin ancaq pencəyini ala bilir. Drakken isə pəncəkdə Nakasumi oyuncaq şirkətinə aid yeni bir oyuncaq şəkli tapır. Həkim Drakken artıq dünyanı ələ keçirmənin yolunu tapmışdır. Planlarına gizli bir sığınacaqda davam edir və "Synthodrone" robotlarını icad edir. "Synthodrone" bir növ süni insan bənzəri olan robot növüdür.

Planları arasında liseyli bir gənc qızın həyat şəkliylə əlaqədar araşdırmaları da vardır.Middleton Liseyində məktəb balı təşkil ediləcək və bu Kim üçün çox əhəmiyyətli bir hadisədir. Ancaq Kimin məktəb balına gedəcək bir yoldaşı yoxdur. Kim Possibl döyüşmə stili səbəbiylə bütün kişilərin ondan uzaq dayandığını düşünür. Ron mühərrikini məktəbin parkına yerləşdirərkən Erik adında şəxslə tanış olur...

Animasiyanın sonunda Kim Possibl və Ron Həkim Drakkenə qalib gələrək dünyanı xilas edir. Bu haqda bütün televiziya kanallarında danışılır.Kim və Ron bala gedirlər. Bonni onları ələ salmaq istəyir. Lakin Ron Kimi rəqsə dəvət edir. Kim onun bu təklifini qəbul edir. Onlar "Could It Be" mahnısının sədası altında rəqs edirlər. Rufus Ronu Kimin üzərinə itələyir. Bu zaman onların ilk öpüşü baş verir.

Səsləndirmə Aktyor/aktrisa Rol Qeydlər Kristi Karlson RomanoLast Interwiew with Steve Loter Yoxlanılıb: 17 noyabr 2015 Kim Possibl Cizgi filminin baş qəhrəmanı Vill FridlVill Fridl Yoxlanılıb: 17 noyabr 2015 Ron Stoppabl Kimin köməkçisi Nensi KartvraytNensi Kartraytın səsləndirdiyi personajlar Yoxlanılıb: 17 noyabr 2015 Rufus Ronun köməkçisi Taj Mouri Ueyd Load Dünyanı xilas etməyə çalışır Qari KoulQari Koul Yoxlanılıb: 17 noyabr 2015 Həkim Ceyms Timoti Possibl Kimin atası Cin Smart Həkim Xanım Possibl Kimin anası Şon Fleminq Cim Possibl Kimin qardaşı Spenser Foks Tim Possibl Kimin qardaşı Con Di Macio Həkim Drakken Dünyanı ələ keçirməyə çalışır Nikol Sallivan Şiqo Həkim Drakkenin köməkçisi

İstinadlar

Xarici keçidlər Rəsmi sayt

Kateqoriya:Kim Possibl Kateqoriya:Cizgi televiziya filmləri Kateqoriya:Kolorado haqqında filmlər Kateqoriya:Disney cizgi filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Cizgi seriallarına əsaslanan cizgi filmləri