Mirzə Əbdülhüseyn xan Əlinağı xan oğlu Avşar (?-?) — İran hərbçisi, general.
Həyatı
Mirzə Əbdülhüseyn xan Əlinağı xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Valideynləri kimi hərbə meyil etmişdi. Mirpəncə (general) rütbəsinədək yüksəlmişdi. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi.
Mirzə Əbdülhüseyn xan Avşar elinin Qasımlı oymağındandır. Hacı Məhəmməd xan Qasımlı-Avşarın nəvəsidir. Atası Yəminiləşkər ləqəbli Əlinağı xan İran Qacarlar ordusunun yüksək rütbəli zabitlərindən idi.
Mənbə
Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: Şuşa, 2008, 298 səh.
İstinadlar
Həmçinin bax
Avşar eli Urmiya vilayəti
Xarici keçidlər
http://www.historylib.com/site/sviewdocument.aspx?docid=889&rt=list
Kateqoriya:Urmiyada doğulanlar Kateqoriya:Əfşar boyu