Ea, Enki- ( 𒀭 𒂗 𒆠) — Babil-assur inamlarına əsasən səma sularının (Yağış və Tufan) ilahisi, Adaya qarşı qoyulan yer üzü və yeraltı suların ilahisi, Yerin sahibi, müdriklik tanrısı, şirin su dəryasının-Apsunun sahibi.. Onu sənətkarların tanrısı da hesab edirlər.

Haqqında Şumer mifologiyasına əsasən Dəclə çayı Ea ilahəsi tərəfindən yaradılmışdır. Ea ilahəsi şumer ilahəsi Enkaya müvafiqdir. Ona sitayişin mərkəzi Fars körfəzi sahilində yerləşən Eridu şəhərində idi. Əfsanələrdə Ea, insanlara müxtəlif sənətlər, incəsənət növləri və biliklər öyrədən müdriklik ilahəsi kimi təmsil edilir. O, kanalları və arxları dolduran, süni suvarmanın (irriqasiyanın) hamisi hesab olunurdu. Balıq quyruqlu insan şəklində təsvir olunurdu. Babil ilahilər panteonuna Ea Anu və Enlil-Bel ilə birlikdə ali ilahilər üçlüyünə daxil idi.

Mənbə Ziya Bünyadov. Dinlər, təriqətlər, məzhəblər (ensiklopedik soraq kitabı). Bakı: "Şərq-Qərb", 2007.

İstinadlar

Xarici keçid Ea ilahəsi.

Kateqoriya:Şumer mifologiyası Kateqoriya:Babil mifologiyası Kateqoriya:Akkad mifologiyası Kateqoriya:Mifologiyada tanrılar