Kütübi-ərbaə və ya Kütubi-ərbəə (; tərcüməsi: Dörd kitab) — İslam dininin Cəfəri məzhəbinin 4 əsas hədis kitablarının ümumi adı. Bu kitablar aşağıdakılardır:
əl-Kafi () — müəllifi Əllamə Kuleyni; Mən la yəhduruhul-fəqih () — müəllifi Şeyx Səduq; Təhzibul-Əhkam () — müəllifi Şeyx Tusi; əl-İstibsar () — müəllifi Şeyx Tusi.
Haqqında nəql olunan kəlamlar
Şeyx Hürr Amili belə deyir :
Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin sübut, düzgünlük və üsuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vacibdir.Hürr Amili, “Vəsail uş Şiə”, c. 20, səh. 104
Şərafuddin Əbdulhüseyn Musəvi belə deyir :
“Kütubi-arbaə” indiyə kimi 12 imamlı şiələrin üsuludin və füruid-dində mərcə və mənbəyi sayılır”.Şərəfuddin Əbdulhüseyn Musəvi, “Müraciat”, “Şəhriyar”, 2005, səh. 299
"Kəfi", "İstibsar", "Təhzib", "Mən lə yahduruhul fəqih", mütəvətirdirlər. Tərkibləri şübhəsizdir. "Kəfi" isə onların ən əzəmətlisi, ən qədimi, ən yaxşısı və ən kamilidir”Şərəfuddin Əbdulhüseyn Musəvi, “Müraciat”, 110-cu məktub.
İstinadlar
Həmçinin bax Altı kitab: Əhli-Sünnə məzhəbinin 6 əsas hədis kitabı.
Xarici keçidlər
Kateqoriya:Hədis kitabları Kateqoriya:Şiəlik Kateqoriya:İslam terminləri