Əlibala Əsgərov () – Azərbaycan aktyoru.

Həyatı N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1975-ci ildən işləyir.

1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub.

Teatr fəaliyyəti ilə yanaşı, "Durnalar qayıdanda" filmində sovet zabiti, "Qəzan mübarək, Paşam" filmində general Əliağa Şıxlinski obrazlarını ifa etmişdir.

12 iyun 2024-cü ildə Lənkəran şəhərində uzun sürən ağır xəstəlikdən sonra 69 yaşında vəfat edib.

Teatr sahəsində rolları S. Vurğun "Fərhad və Şirin" – Şiruyyə C. Məmmədquluzadə "Ölülər" – Məşədi Oruc H. Mirələmov "Ləyaqət" – Nihad Y. Əzimzadə "Nəsrəddin" – Fərzəli Hidayət "Məni qınamayın" – Vəli Qulamoviç Elçin "Dəlixanadan dəli qaçıb" – Polikarpoviç N. B. Vəzirov "Ağa Kərim Xan Ərdəbili" – Ağa Kərim Xan Ə. Haqverdiyev "Bəxtsiz cavan" – Mirzə Qoşunəli V. Səmədoğlu "Mamoy kişinin yuxuları" – Dəli Firiq A. Mədətov "Sezarın qətli" – Sezar B. Yıldız "Kərbəla" – Yezid S. Rüstəm "Durna " – Dursun Ç. Aytmatov "Manqurt" — Müstəntiq Tansıkbayev M. Xubai "Şeytanın oyunları" – Kahin S. H. Latıpovlar "Şah və əks-səda" – Sultan Kərim Q. Qorin "Herastratı unudun" – Aparıcı K. Nəzirli "Şeytan işığı" – Murtuza M. F. Axundzadə "Lənkəran xanının vəziri" – Mirzə Həbib M. Məmmədov "Sovqat" – Ədalət, Nəcib, Mərdan, I Kişi və sair rollarda oynamışdır.

Filmoqrafiya Hörümçək toru (film, 2011) Susmuş vicdan (film, 2010)

Xarici keçidlər Lənkəran Teatrı 126-cı mövsümünə başlayıb

İstinadlar

Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları