Məzmun Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür.

Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Çingiz Rəhimli (Çingiz Rəhimov kimi) Ssenari müəllifi: Hüseyn Nəcəfov, Cavanşir Məmmədov Operator: Çingiz Rəhimli (Çingiz Rəhimov kimi) Səs rejissoru: Bəxtiyar Dehniya

Xarici keçidlər Filmi izlə

Kateqoriya:Lahıc haqqında filmlər Kateqoriya:1971-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli televiziya filmləri Kateqoriya:İsmayıllıda çəkilən filmlər