Yuvelian Davıdoviç Sumbatov-Topuridze (; ) — Azərbaycan SSR xalq daxili işlər komissarı.

Həyatı Yuvelian Sumbatov-Topuridze 1889-cu ildə sentyabr ayında Kutaisi vilayətinin (indiki Gürcüstan Respublikası) Senak qəzasının Abaşsk rayonunun Kapana kəndində anadan olmuşdur. 1920-ci ildən Azərbaycan SSR Fövqəladə Komissiyasında işə qəbul olmuş və 1927-ci ilə qədər bu orqanda çalışmışdır.

1927–1929-cu illərdə Bakı və Batumi gömrüyündə işləmişdir. 1929-cu ildən yenidən təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirmiş, 1947-ci ilə qədər DSİ, XDİK, DİN sistemlərində işləmişdir. 1933-cü ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə rəis müavini təyin edilmiş, 1934-cü il mart ayının 31-dən 1938-ci il yanvar ayının 7-nə qədər isə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsində çalışmışdır. 1938–1947-ci illərdə Moskvada DİN orqanlarında fəaliyyət göstərmişdir.

Təhlükəsizlik orqanlarından ayrıldıqdan sonra 1947–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. Azərbaycan KP MK-nin və Bakı şəhər Komitəsinin 18 iyul 1953-cü il tarixli birgə plenumunun iclasında Azərbaycan KP MK-nin üzvlüyündən və Kommunist Partiyası sıralarından xaric edilmiş, Nazirlər Soveti sədrinin müavinliyindən çıxarılmışdır.

Azərbaycanda təhlükəsizlik orqanlarında fəaliyyət göstərdiyi dövrdə azərbaycan xalqına qarşı repressiyaların əsas təşkilatçılarından və icraçılarından olmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin VIII çağırış üzvləri Kateqoriya:Bəraət almayanlar Kateqoriya:Çeka Kateqoriya:SSRİ general-leytenantları