SalamNews informasiya agentliyi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil informasiya agentliyi.

Haqqında SalamNews informasiya agentliyi 16 noyabr 2009-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2010-cu il mart ayının 1-dən fəaliyyətə başlayıb. Açıq rejimli internetdə rus və Azərbaycan dillərində xəbərlər yerləşdirilirdi. Agentlikdə türk, ingilis, fars və ərəb dillərində xəbər portallarının açılması planlaşdırılırdı.

İnformasiya agentliyində 2009 — 2012-ci illərdə Elvin Abbasov, 2012-ci ildən isə Rəna Əkbərova baş direktor kimi fəaliyyət göstərib.

2011-ci il iyunun 17-də Azərbaycan Mətbuat Şurasına üzv qəbul olunub.

2023-cü ilin yanvarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakıda SalamNews-un ofisində xüsusi əməliyyat keçirib. Əməliyyat tədbirləri nəticəsində həmçinin “SalamNews" İnformasiya Agentliyinin və “İnterAz” televiziyasının rəhbəri “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov saxlanılıb. Bunun ardınca bir sıra hakimiyyətyönümlü Azərbaycan media orqanlarında agentliyi tənqid edən materiallar yayımlanıb.

Mükafatları

Agentlik 2011-ci il dekabrın 23-də "Milli Net-2011" müsabiqəsində "Media və İnformasiya" nominasiyası üzrə qalib olub.

2011-ci il dekabrın 25-də SalamNews İA-nın əməkdaşı Şirməmməd Nəzərli Azərbaycan Fotoqrafları Birliyinin “Fəxri Diplomu”-na layiq görülüb.

Növbəti uğurumuz 2012-ci il aprelin 25-də "Brand Award Azerbaijan–2011" milli mükafatının rəsmi təqdimat mərasimində informasiya agentliyi nominasiyası üzrə "İlin bir nömrəli brendi" mükafatına layiq görülməyimiz olub.

2012-ci il iyunun 21-də SalamNews İA-nın baş direktoru Rəna Əkbərova BDU-nun "Fəxri Fərmanı" ilə təltif olunub.

21 iyun 2012 - SalamNews İA və İnterAZ televiziyasının əməkdaşları Vergilər Nazirliyinin sertifikatına layiq görülüblər.

19 iyun 2013-cü ildə SalamNews İnformasiya Agentliyi NETTY Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.

28 dekabr 2013-cü ildə SalamNews İA Gənc Diplomatlar Birliyi tərəfindən mükafata layiq görülüb .

25 yanvar 2014-ci ildə SalamNews İA-nın əməkdaşı Orxan Kərimov Heydər Əliyevin 90 illik yubileyi və Milli Qurtuluş Gününün 20 illiyinə həsr olunmuş “Azərbaycan naminə” foto müsabiqəsinin qalibi olub.

6 fevral 2014-ci ildə SalamNews İA "Gənclər Evinin Dostu" mükafatına layiq görülüb.

3 may 2014-ci ildə SalamNews-un əməkdaşı Şirməmməd Nəzərli Mətbuat Şurası və “Azərsun Holdinq”in “Zeytun bağları” mövzusunda keçirdikləri yazı müsabiqəsinin qalibi olub.

8 may 2014-ci ildə SalamNews IA Mətbuat Şurası tərəfindən keçirilən "Azərbaycan beynəlxalq münasibətlər sistemində" müsabiqəsinin qalibi olub. Agentlik Fəxri yer tutaraq plaketlə təltif edilib.

Törəmə müəssisələri Salampress qəzeti

Həmçinin bax

İnterAz TV Vision TV Elvin Abbasov Əkbər N. Nəcəf

İstinadlar

Xarici keçidlər

Rəsmi saytı Rəsmi facebook səhifəsi

Kateqoriya:Azərbaycan informasiya agentlikləri Kateqoriya:Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlar