Maksim Leonardoviç Şevçenko — (), 22 fevral 1966-cı ildə, Moskva, SSRİ-də anadan olub — Rusiya jurnalisti, televiziya aparıcısı.
Həyatı Maksim Şevçenko Leonardoviç 1966-cı il fevralın 22-də Moskva şəhərində anadan olmuşdur. Maxim Şevçenkonun atası geofizik idi. Sovet dövründə aparıcı instutlardan birində çalışmış, ölkə üçün neft və qaz hasil etmişdir. Türkmənistanda, Manşıqlada, Sibirdə və Peçora tarlalarında işləyirdi. Anası 1932-ci il təvəllüdlü əslən Blaqoveşenskdəndir.
Təhsili — 3-cü Alman məktəbini — alman dilini dərindən öyrənən xüsusi məktəbi bitirmişdir. Stanislav Belkovski ilə eyni məktəbdə oxumuşdur. Hərbi xidmətə çağrılmayıb.1990-cı ildə S. Orconikidze adına Moskva Aviasiya İnstitutunu elektron hesablama cihazlarının dizaynı və texnologiyası ixtisası üzrə bitirmişdir.
Fəaliyyəti 1993–1991-ci illərdə Radonej-Yasenevo provaslav klassik gimnaziyasında Rusiya və Qərbi Avropa tarixindən dərs demişdir. 1994–1995-ci illərdə Birinci sentyabr pedaqoji qəzetində redaktor işləyib. Rusiya Federasiyası İctimai Palatasının Millətlərarası Münasibətlər və Vicdan Azadlığı Komissiyasının üzvü, dini siyasət və etnik mədəniyyət üzrə eksperti, Rusiyanın ORT telekanalın ictimai-siyasi tok-şousunun aparıcısıdır.
Ailəsi Həyat yoldaşı — Nadejda Kevorkova.
Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:1966-cı ildə doğulanlar Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rus milliyyətçiləri Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:Rusiya sosialistləri Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:XXI əsr jurnalistləri