Bastiliyanın alınması () — Böyük Fransa inqilabının bir epizodu.

Tarixi Fransada XVIII əsrin sonu Kralın ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Parlamenti dəstəkləyən əhalinin gözünə hər yanda "aristokrat sui-qəsdi" görünməyə başlayır, şəhərə şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Paris qiyama qalxır. Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir . Bu, artıq qiyam deyil, əsl inqilab idi.

Bastiliyanın alınması günü indi Fransada milli bayram kimi qeyd olunur.

Bastiliyanın alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin üsyanı başlayır. Üsyançıları dəstəkləyən Milli Assambleya avqustun 6-da feodal imtiyazlarının və kilsə vergisinin (mədaxilin 10%-i) ləğv olunması barədə dekret qəbul edir. Bu dekretdən xəbər tutan kəndlilər yubanmadan kütləvi şəkildə aristokratların və katolik kilsəsinin torpaqlarını zəbt etməyə başlayırlar.

İstinadlar

Həmçinin bax Bastiliya qalası Böyük Fransa inqilabı

Xarici keçidlər Kateqoriya:Paris tarixi

de:Bastille#Die Erstürmung der Bastille lb:Bastille#1789: De Stuerm op d'Bastille