Məzmun Film kitaba məhəbbətdən, onu qoruyub saxlamağın vacibliyindən bəhs edir.
Müasir, böyük şəhərin həyətlərinin birində baş verən bir hadisə dəcəl oğlana öz səhvlərini başa düşməyə, düzəltməyə, dəcəllikdən əl çəkməyə kömək edir.
Müasir nağıl janrında olan film çox sadə və aydın bir yolla kitabları cırıb dəcəllik etməyin nə qədər pis, dostluğun, çətin dəqiqələrdə bir-birinə köməyə yetməyin nə qədər yaxşı olduğunu göstərir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Ruhəngiz Qasımova Quruluşçu rəssam: Reyn Raydme Operator: Antonina Korotnitskaya Bəstəkar: Azər Dadaşov Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Arifə Hatəmi
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Kateqoriya:1984-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Uşaq filmləri