İsgəndər mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (1811–1856) — Qacar şahzadəsi, vali.
Həyatı Abbas Mirzənin altıncı oğlu İsgəndər mirzə 1811-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Şeir və musiqini sevirdi. Məclisi şənlikli keçirdi. 1832–1834-cü illərdə Xoy və Salmasa hakimlik etmişdi. 1848–1852-ci illərdə Qəzvin vilayətinin valisi olmuşdu.
İskəndər mirzə 1856-cı ildə vəfat edib. Təbrizdə dəfn edilib.
Ailəsi İsgəndər mirzənin törəməsi İskəndəri soyadını daşıyır. İsgəndər mirzənin Məhəmmədtahir Mirzə, Kamran mirzə adlı oğlanları vardı.
Mənbə
Həmçinin bax Qacarlar Abbas mirzə Qovanlı-Qacar Süleyman mirzə İskəndəri Məhəmmədtahir Mirzə
Kateqoriya:Qacar şahzadələri Kateqoriya:İskəndərilər Kateqoriya:Təbrizdə doğulanlar