Məzmun Xəlil (Fuad Poladov) və Bəhmən (Rasim Balayev) əmioğludurlar. Tale elə gətirib ki, Xəlil heç bir günahı olmadan Bəhmənin yerinə uzun illər həbsxanada yatmışdır. Bu illər ərzində isə Bəhmən ali təhsilini başa vurmuş, həkim kimi professor mərtəbəsinə yüksəlmişdir. Xəlil isə həbsxanadan azad olunduqdan sonra doğma kəndində sadə bir həyat tərzi keçirir. Bəhmən uzun illər sonra təsadüfən kəndə gəlir və iki əmioğlu yenidən rastlaşır. Xəlil hər şeyi bir anlıq unudaraq Bəhməni çox yaxşı qarşılayır, hətta evinə qonaq gətirir. Lakin o Bəhmənin ova getmək istəyini biləndə bir anlıq hər şeyi xatırlayır və anlayır ki, ov tüfəngi ilə adam öldürən əmisi oğlu Bəhmənə bütün bunlar nəinki dərs olmamış, hətta vicdan, şərəf və s. xüsusiyyətlərini də artıq çoxdan itirmişdir.

Həyat mübarizədir. İnsan etdiyi bütün günahlara görə cəzasını özü çəkməlidir ki, bir daha bu səhvə yol verməsin. Filmin müəllifləri tamaşaçılara bunları çatdırmağa çalışmışlar.

Festivallar və mükafatlar Film 2005-ci ildə Bakıda "Humay" mükafatı almışdır.

Film haqqında Film 200 min dollara başa gəlib. Film İsi Məlikzadənin "Küçələrə su səpmişəm" əsəri əsasında çəkilib.

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissor: Nicat Feyzullayev Ssenari müəllifləri: İsi Məlikzadə, Nicat Feyzullayev Quruluşçu operator: Kənan Məmmədov (Kənan Əziz kimi) Quruluşçu rəssamlar: Rafiz İsmayılov, Rafiq Nəsirov Bəstəkar: Rauf Əliyev Səs operatoru: Əsəd Əsədov Rejissor: Akif Rüstəmov Operator: Tərlan Qurbanoğlu Montaj edən: Nisə Hacıyeva Qrim üzrə rəssam : Elbrus Vahidov İcraçı prodüser: Sahib Quluzadə Çalır: Kamera Orkestri və Səyavuş Kəriminin İdarəsilə İnstrumental Ansambl Dirijor: Azad Əliyev Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Şerlərin müəllifləri: Məmməd Araz, Ramiz Rövşən Redaktorlar: Ramiz Rövşən, Vaqif Məmmədov (IV) Geyim üzrə rəssamlar : Tatyana Əmirova, Məlahət Hümbətova Rejissor qrupu: Elman Qasımov, Çingiz Həsənov, Rövşən Ağayev, Elfira Hüseynova, İsmayıl Qasımov Operator assistenti: Fərhad Rzayev Montaj üzrə assistent: Rahidə Quliyeva (Raidə Quliyeva kimi) Səsyazma texniki: Elmira Səmədova İnzibatçı qrup: Arif Kərimov, Vladimir Dudniçenko, Elvin Quliyev İşıqçı qrup: Niyazi Zeynalov, Rüstəm Rüstəmov, Akif Qurbanov

Rollarda Fuad Poladov — Xəlil Rasim Balayev — Bəhmən Mehriban Zəki — Teybə Əliabbas Qədirov (Əlabbas Qədirov kimi) — Çərkəz Amid Qasımov — gənc Xəlil Elnur Kərimov — gənc Bəhmən Vüqar Hacıyev — Tağı Vidadi Əliyev — Əziz kişi Elxan Qurbanov — Qədimov Ağaxan Abdullayev — xanəndə Çinarə Ələkbərova — Səidə Müşfiq Hətəmov — kuryer Fəxrəddin Qafarzadə — Xəlilin oğlu Ramil Quliyev — Xəlilin oğlu Yuri Baliyev — rus dustaq Aleksey Saprıkin (Aleksey Şaprıkin kimi) V. Kondraşov Mirzə Ağabəyov — tamada Elman Qasımov Sahib Quluzadə — toyda pulyazan A. Mirfeyzullazadə M. Topçubaşov H. Miriyev M. Quliyev Mehman Cəfərov — toydakı qonaq X. Səttarov O. Hacıyeva Nəmxuda Usubəliyev S. Vəliyev N. Əliyev

Filmi səsləndirənlər: Eldəniz Rəsulov — Qədimov (Elxan Qurbanov) (titrlərdə yoxdur) Şövqi Hüseynov — gənc Xəlil (Amid Qasımov) (titrlərdə yoxdur) Sabir Məmmədov — Əziz kişi (Vidadi Əliyev ) (titrlərdə yoxdur)

Arxiv kadrlarda iştirak edən Rəşid Behbudov (səs — "Küçələrə su səpmişəm" xalq mahnısı)

Sponsor Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Çəkilişə köməklik edən qurumlar Azərbaycan Müdafiə Nazirliyi "AZAL Helikopter" Şirkəti Xırdalan Dəmiryol Vağzalı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380. Aslanlı, A. “Küçələrə su səpmişəm” filminin premyerası keçirildi [Nicat Feyzullayevin eyniadlı filminin təqdimatı haqqında] //Kino.- 2004.- 4-10 avqust.- səh. 7.

Həmçinin bax Küçələrə su səpmişəm Azərbaycan filmlərinin siyahısı

Xarici keçid

Filmi izlə

Kateqoriya:2004-cü ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Mükafat alan Azərbaycan filmləri