Sayalı Abdulla qızı Tağıyeva () — tibb elmləri doktoru (1969), professor (1969).
Həyatı 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1942-ci ildən Tibb İnstitutunun daxili xəstəliklərin hospital-terapiya kafedrasında ordinator, 1944-cü ildən assistent, 1955-ci ildən dosent, 1969-cu ildən professor olmuşdur. 1980-ci ildən 1992-ci ilə qədər pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının müdiri işləmiş, 1992-ci ildən isə kafedranın professorudur.
130-dan çox elmi əsərin, o cümlədən 2 monoqrafiya, 3 metodiki vəsait, 2 ixtira və s. müəllifidir.
Təltifləri "Şöhrət" ordeni — 20.09.2010
Ailəsi Bəstəkar Elnarə Dadaşovanın anasıdır.Arzu Cavadova — Bəstəkar Elnarə Dadaşovanın Azərbaycan musiqi sənətində rolu
Həmçinin bax Sayalı (balet) Tağızadələr
İstinadlar
Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Tağızadələr Kateqoriya:Azərbaycan Tibb Universitetinin məzunları Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Professorlar