Qorxunc ölülər () – 1981-ci ildə çəkilən ABŞ qorxu filmi janrında çəkilən filmdir. Filmdə çoxlu sayda qanlı səhnələr olduğundan bu film Belarusiyada qadağan olmuşdu. Filmin büdcəsi təxminən 375 min ABŞ dollar, gəliri isə 24 milyon 400 min ABŞ dollarıdır. Film 2 ilə çəkilmişdir. Filmin rejissoru və ssenaristi Sem Reymidir. Filmə New Line Cinema kompaniyası distribütorlik etmişdir. Film sonluğunun davamı olan Qorxunc ölülər 2 filmində nəql edilir.

Məzmun

Miçiqan Universitetinin tələbələrindən biri olan Eş, sevgilisi Linda ilə birgə, yanlarında başqa bir cütlük olan Skott və Şelli, həmçinin, dostları Şerilini götürərək, tətillərini Tennessi meşəsindəki bir daxmada keçirməyə qərar verirlər. Onlar daxmanın zirzəmisində "Nekronomikon" ( — Ölülərin Kitabı) adlı kitabı və səs qeydini tapırlar. Kitabdakı sehrli sözlərin oxunması zamanı özləri də bilmədən kabuslar sərbəst buraxırlar.

Artıq gecə yaxınlaşmaq üzrədir. Çöldən gələn səsi eşidən Şerili daxmadan çıxır. Şerili meşədə olduğu müddətdə ağaclar tərəfindən vəhşicəsinə təcavüzə məruz qalır. Daxmaya dönəndən sonra Şerili yoldaşlarına bu barədə danışır. Lakin bu zaman ona heç kim inanmır. Daxmanı tərk etmək üçün Şerili bu barədə Eşə söyləyir. Eş isə razılaşaraq onu evə aparmağa qərar verir. Eş və Şerili yola çıxırlar, amma gəldikləri körpünün daxıldığını görürlər. Onlar daxmaya geri dönmək məcburiyyətində qalırlar. Döndükdən bir müddət sonra Şerili iblisə çevrilir və Lindanı ayaq biləyindən yaralayır. Yoldaşlar onu zirzəmidə bağlı halda saxlayırlar. Pəncərədən gələn görünməyən bir qüvvə tərəfindən öz otağında iblisə çevrilən Şelli Skota hücum edir. Eş və Skott onunla mübarizə aparırlar. Şellini öldürdükdən sonra Eş və Skott ölüsünü basdırırlar.

Bu müddətdən başlayaraq Skott meşədən çıxış üçün axtarışa çıxır. Eş daxmaya qayıdan zaman zirzəminin açıq olduğunu və Şerilinin qaçdığını görür. Meşədən çıxış yolunu axtaran Skott meşənin naməlum qüvvəsinə məruz qalır. Bu zaman Skott yaralı vəziyyətdə daxmaya geri dönür və huşunu itirmədən Eşə meşədən çıxış üçün yeganə yol tapdığını söyləyir. Bir müddət sonra Eş ayaq biləyindən yaralı olan Lindanı yoxlamağa gedir. Bu zaman Eş onu iblisə döndüyünü görür. Eş Lindanı çölə çıxararaq onunla mübarizə aparır və onu öldürür. Eş daxmaya dönən zaman Skottun vəziyyətinin ağır olduğunu görür və bir müddət keçdikdən sonra Skott ölür. Bu zaman Şerili daxmanın pəncərəsini sındıraraq içəri girməyə çalışır. Eş ona atəş edir, lakin Şerilini öldürə bilmir.

Eş görür ki, artıq Skott da iblisə çevrilmişdir. Skott və Çerili birgə Eşə hücum edirlər. Bu zaman onlar qışqırmağa başlayırlar və bədənlərindən tüstü çıxmağa başlayır. Çünki "Ölülər kitabı" alovun yanına düşmüş və kənar hissədən yanmağa başlamışdır. "Nekronomikon" kitabının yanmasının kabusları yoxa çıxaracağını görən Eş bu kitabı alovun içinə atır. "Nekronomikon" kitabı yanan zaman iblislər əriyərək yoxa çıxmağa başlayırlar. Bir müddət sonra Günəş doğmağa başlayır.

Bütün yoldaşlar ölmüşdür. Onlardan yalnız Eş sağ qalmışdır. Baş verən bütün hadisələrin bitdiyini düşünən Eş daxmadan çölə çıxır, lakin qəflətən kabusların hücumuna məruz qalır. Bu zaman Eşin qışqırığı eşidilir və film sona yetir.

Rollarda Ad Rol Titrdəki adı Qeydlər Brüs Kempbell Eşli "Eş" C. Vilyams Brüs Kempbell Baş qəhrəman Ellen Sendveyss Şerili Vilyams Ellen Sendveyss Riçard DeMeninkor Skott Hell Delriks Betsi Beyker Linda Betsi Beyker Tereza Tilli Şelli Sara York Skott Şpiqel Feyk Şemp Con Kameron Feyk Şemp Coş Beker Feyk Şemp Skott Şpigel Feyk Şemp Ayvan Reymi Feyk Şemp Sem Reymi Eyni yolla gedən maşınla pulsuz səyahət edən Balıqçı / Pis qüvvə yoxdur titrdə göstərilməyib Robert Teypert yerli kəndli yoxdur titrdə göstərilməyib

Filmin hazırlanması Film Tennessi meşəliyində yerləşən tərkedilmiş bir klubda çəkilib. Filmin çəkilişi 2 ilə yaxın davam etdi. Çəkiliş müddətində film heyətlərindən və aktyorlarından bəziləri filmi tərk etmişlər. Bu səbəbdən Sem Reymi işi yarıda qoyan aktyorların yerinə dublyorlar və oyuncaqlardan istifadə etmişdir. Filmi əvvəldən axıra kimi oynayan və Sem Reymiyə hörmət bəsləyən aktyorlardan biri Eş personajını canlandıran Brüs Kempbell idi. Filmin DVD-sindəki açıqlamalara görə Brüs evə qırmızı qana bulanmış halda qayıdırdı.

Dünya ölkələrində senzura Ehtiva etdiyi vəhşilik səhnələrindən ötrü filmin orijinal versiyası Finlandiya, Almaniya, İslandiya və İrlandiya daxil olmaqla bir neçə ölkədə qadağan edildi. Ağac təcavüzü səhnəsi Almaniyada kimiləri tərəfindən qadın düşmənliyi olaraq təyin olundu. Bəzi vətəndaşlar sayəsində filmin nəşr olunması 10 il boyunca maneə törətdi. Stefan Kinq bu qadağanı tənqid etdi. Şiddət ehtiva edən səhnələr yalnız 1992-ci ildə istehsal edilmişdir. Filmin tam versiyası 2001-ci ilə qədər Alman DVD bazarında satışa çıxarılmamışdır.

Xarici keçidlər

Filmin ssenarisi Trilogiya Bloqu Tanz der Teufel – Eine Retrospektive

Kateqoriya:ABŞ-nin qaranlıq fentezi filmləri Kateqoriya:1981-ci ilin qorxu filmləri Kateqoriya:Kabus filmləri Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:ABŞ-nin zorlama haqqında filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngilis dilində fentezi filmləri Kateqoriya:Zombi haqqında filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Dramlar Kateqoriya:New Line Cinema filmləri Kateqoriya:ABŞ-nin fövqəltəbii triller filmləri Kateqoriya:Sem Reyminin filmləri Kateqoriya:İngilis dilində qorxu triller filmləri Kateqoriya:Tətil filmləri Kateqoriya:Miçiqanda çəkilmiş filmlər Kateqoriya:Qısametrajlı filmlərə əsaslanan filmlər Kateqoriya:Müstəqil ABŞ filmləri