Rəhimov Şəmsi Nuru oğlu () — Azərbaycanın dövlət xadimi, polkovnik. Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi (8 yanvar — 29 sentyabr 1994).

Həyatı Rəhimov Şəmsi Nuru oğlu 1924-cü ildə Ermənistan SSR-in Qafan rayonunun Gövdəkli kəndində müəllim ailəsində anadan olub.

1942-ci ildə kənd orta məktəbinin 10-cu sinfindən Sovet Ordusu sıralarına çağrılıb.

1943–1945-ci illərdə ordu sıralarında vzvod komandiri, 1946–1949-cu illərdə Bakı və Gəncə hərbi hissələrində Dövlət Təhlükəsizlik Komitəsininin əməliyyat işçisi, sonra rəhbər işçilərindən olub.

1962-ci ildə BDU-nun hüquq fakültəsini qiyabi yolla bitirmişdir. Birinci dərəcəli Vətən Müharibəsi ordeni və 14 medalla təltif edilmişdi.

1985-ci ildə istefaya çıxır və 1990-cı ilədək mülki vəzifələrdə işləyir.

1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilir.

29 sentyabr 1994-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilmişdir.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Zəngəzurda doğulanlar Kateqoriya:Azərbaycan Hərbi Əks-kəşfiyyat Xidməti Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Qətl qurbanları