Konsumerizm ( — istehlakçı) — daim artan miqdarda mal və xidmətlərin əldə edilməsini təşviq edən sosial və iqtisadi nizam. Sənaye inqilabı zamanı, xüsusən də XX əsrdə kütləvi istehsal həddindən israflı istehsala gətirib çıxardı və beləcə malların təklifi istehlak tələbini üstələdi, buna görə də istehsalçılar istehlak xərclərini manipulyasiya etmək üçün planlaşdırılmış köhnəlmənin tətbiqinə və reklamların istifadəsinə başladılar. 1899-cu ildə Torsteyn Veblenin nəşr etdiyi "Tənbəl sinif nəzəriyyəsi" adlı konsumerizmə aid kitabda XX əsrin əvvəllərində geniş yayılmış "asudə vaxt" ilə birlikdə ortaya çıxan geniş yayılmış dəyərlər və iqtisadi institutlar araşdırılır.Veblen, Thorstein (1899): The Theory of the Leisure Class: an economic study of institutions, Dover Publications, Mineola, N.Y., 1994, . (also available: Project Gutenberg e-text) Orada Veblen "bu asudə vaxt sinfinin fəaliyyətlərini və xərcləmə vərdişlərini açıq və dolayı istehlak və israf nöqtəti-nəzərindən araşdırır. Hər ikisi funksionallıq və ya yararlılıq ilə deyil status nümayişi ilə bağlıdır".bookrags.com, The Theory of the Leisure Class: Summary & Study Guide Description

İqtisadiyyatda konsumerizm istehlaka cəmlənən iqtisadi siyasətə istinad edə bilər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İnsan hüquqları Kateqoriya:Konsumerizm Kateqoriya:Dünyagörüşü Kateqoriya:Reklam Kateqoriya:İstehlak Kateqoriya:Davamlılıq Kateqoriya:Envayromentalizm Kateqoriya:İqtisadi anlayışlar Kateqoriya:İqtisadi sosiologiya Kateqoriya:Materializm